Gözəl dəri üçün payız menyusu

Gözəl dəri üçün payız menyusu
Saç və Dəri baxımı
10.09.2017 8
4 qaydaya əməl edib, gözəlləş



Yayda qaralan dəri solğunlaşır, təravətli görünüşünü itirir. Dərini daha da təravətləndirmək, gözəlləşdirmək üçün bu prosesləri etmək məsləhətdir.

Soyuq havada dəriyə qulluq etmək üçün dörd qaydanı sizlərə təqdim edirik:



1. Üz üçün terapiya



Quru, solğun dəri üçün…

¼ limon şirəsi, 1 yumurtanın sarısı, 1 çay qaşığı bal, 1 çay qaşığı bitki yağı və bir az gil əlavə edib qarışdırın. Maskanı üz və boyun nayihəsinə çəkib, 15 dəqiqə saxladıqdan sonra ilıq su ilə yuyun. Daha sonra nəmləndirici krem çəkin.


 

2. Dərini təravətləndir

Hər gün kətan toxumunu qaynadıb, suyunu içmək dərini daha gözəl göstərəcək. Tərkibdəki fitoestrogen hər yaşda dərini cavan saxlayacaq, qırışların qarşısını alacaq. Tərkibindəki A və E vitamini orqanizmin işini yaxşılaşdıracaq, dərini ətraf mühitin çirkli təsirindən qoruyacaq.



3. Mətbəxdəki antioksidant

Mütəxəssislərin araşdırmasına görə, orqanizmin cavan qalması üçün ən yaxşı vasitə pomidor yeməkdir. Gün ərzində 0,5 kiloqram pomidor yemək orqanizmi antioksidantla təmin edir. Bunu 2 stəkan pomidor şirəsi ilə də əvəz etmək mümkündür. Hər gün yarım kiloqram pomidor yesəniz, dəriniz daim cavan qalacaq.

Gözəl dəri üçün payız menyusu
 

4. Rəngli həftə – 10 kiloqram arıqla


Bu pəhrizin əsas özəlliyi odur ki, hər gün bir rəngdə tərəvəzdən istifadə etməlisiniz.



I gün ağ rəng: Səhər bir ədəd banan yeyin. Günorta xırda doğranmız kələm və suda bişmiş düyü, saat 17.00- da isə yumurta və kartof yemək məsləhətdir.



II gün qırmızı: Səhər doğranmış pomidor, günorta suda bişmiş qırmızı lobya və qırmızı şirin bibər, saat 17.00-da isə qreypfrut və qırmızı giləmeyvələr yeyin.



III gün yaşıl: Səhər kivi və xiyar, günorta suda bişmiş yaşıl lobya və kabaçok, axşam isə brokkolli yeyin.



IV gün narıncı:
Səhər portağal şirəsi içib, ərik, günorta 1 manqo və kök, axşamüstü isə şaftalı yemək lazımdır.



V gün bənövşəyi:
Səhər qarağat, böyürtkən, günorta isə sobada bişmiş yağsız badımcan və çuğundur, axşamtərəfi isə qara üzüm və gavalı.



VI gün sarı: Səhər limon şirəsinə bal töküb için. Günorta sarı bolqar bibəri, ananas və qarğıdalıdan hazırlanan salat, axşam isə alma yeyin.



VII gün yalnız qazlı su və ya süd için.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!