Qara nöqtələrə qarşı evdə hazırlanan maskalar

Qara nöqtələrə qarşı evdə hazırlanan maskalar
Saç və Dəri baxımı
10.09.2017 361
Karbonat və Alma Sirkəsi

Dərini rahatlaşdıran karbonat qara nöqtələrə də yaxşı gəlir. Alma sirkəsi isə anti-bakteriyal xüsusiyyətiylə bilinər. Tünd konsistensiyalı bir məcun  olana qədər alma sirkəsi və karbonatı qarışdırıb qara nöqtəli bölgəyə tətbiq edin. Bir neçə dəqiqə sonra soyuq su ilə yuyun. Bu qarışıq ölü hüceyrələrdən xilas olmanızı təmin edəcək və məsamələri açacaq.

Limon suyu və şəkər

Limon suyundakı maddələr qara nöqtələrə qarşı təsirlidir. Bütün dəri tiplərində istifadə edilə bilər. Şəkər isə peeling xüsusiyyəti göstərər və ölü hüceyrələri təmizləyər. Şəkər və limon suyunu qarışdırıb dərinizə tətbiq edin. 10-15 dəqiqə gözlədib soyuq su ilə yuyun.

Yumurta ağı maskası


Yumurta ağı yalnız qara nöqtələrə yaxşı gəlməz. Məsamələri möhkəmləşdirdiyindən gələcəkdə qara nöqtə meydana gəlməsini də mane olar. Yumurta ağını incə bir təbəqə olaraq dərinizə tətbiq edin və qurumasını gözləyin. Ardından ikinci bir lay daha yumurta ağı çəkin. 15 dəqiqə qədər gözlədib quruyduqdan sonra ilıq su ilə islatdığınız dəsmal ilə təmizləyin.
/Mənbə: Qadınlar.biz/скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!