Yağlı dərilər üçün təbii maskalar

Yağlı dərilər üçün təbii maskalar
Saç və Dəri baxımı
10.09.2017 12
Ərik və Qatıq Maskası
Bu maska, dərinin yağ nisbətini tarazlamağa və aknelerin yaxşılaşmasına iştirak edər.
1 ərik
1 yemək qaşığı qatıq (ərik yogurt)
Yarım çay qaşığı gil 
Hazırlanması: Əriyi blenderdan keçirin, qatığı və gili əlavə edərək qarışdırın.
Tətbiqi: Göz ətrafı xaricində bütün üzünüzə çəkin. 20 dəqiqə gözlətdikdən sonra ilıq suyla yuyun.
Bu maska həftə bir ya da iki dəfə tətbiq oluna bilər.




Nanə Qatıq və Banan Maskası
Dərinin yağ nisbətini tarazlarkən nəmləndirər və qidalandırar
1 yemək qaşığı banan
1 yemək qaşığı qatıq
5 damla nanə yağı
1 çay qaşığı gil
Hazırlanması: Bütün vəsaitləri yumşaq bir krem konsistensiyasına gələnə qədər qarışdırın.
Tətbiqi: Göz ətrafından çəkinərək bütün üz və boyun bölgəsinə tətbiq edin. 20 dəqiqə gözlətdikdən sonra soyuq suyla durulayın.




Kivi Maskası
Məsamələri və qara nöqtələri təmizləyər.
1 kivi
1 yumurtanın ağı
1 çay qaşığı limon suyu
Hazırlanması: Kivini blenderdan keçirin, yumurta ağı və limon suyunu əlavə edib qarışdırın.
Tətbiqi: Göz ətrafı xaricində bütün üzünüzə sürün və 10 dəqiqə gözlətdikdən sonra ilıq suyla yuyun. Yalnız həftədə bir dəfə tətbiq edin.


/Mənbə: Qadınlar.biz/



скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!