10 Addımda güclü saçlar

10 Addımda güclü saçlar
Saç və Dəri baxımı
10.09.2017 49
1- Dəmir Ehtiva edən Qidalar

Dəmir baxımından zəngin qidalar qəbul etməyə diqqət edin. Fıstıq, bəkməz, kətan toxumu, mərcimək, kartof, qırmızı ət, toyuq əti, dəniz məhsulları dəmir baxımından zəngin qidalardır.


2- Sink Ehtiva edən Qidalar

Qoz, somon balığı, fıstıq, badam kimi sink baxımından zəngin qidaları qəbul etməniz saç tökülməsini maneə törədəcək.


3- Biotin

Paxla və yumurta kimi biotin zəngini qidalar saç qırılmalarını önləyə bilər.

4- Selenyum

Fındıq və fındıq əzməsi kimi selenyum baxımından zəngin qidaları qəbul etməyə diqqət edin. Bu qidalar saç dərinizə çox yaxşı gələcəkdir.


5- Nahar da B12

B12 tərkibli bir qidalanma vərdişi sağlam saçlar üçün olmazsa olmazlardandır. Toyuq əti, qatıq, süzmə pendir və yumurtanı qidalanma vərdişlərinizə müəyyən bir nizam içərisində daxil etməlisiniz.

6- Karbonhidrat

Tam taxıllı qidalar və meyvələr sağlam karbonhidrat qaynaqlarıdır. Karbonhidrat istehlakınıza diqqət göstərməsəniz saç tökülməsi problemi yaşaya bilərsiniz.

7- A Vitamini

Pendiri yumurta, kök, ispanaq kimi qidalarda bolca A vitamini var. Bu qidalar saçlarınız üçün təbii saç kremi xüsusiyyətindədir.


8- Kalsium

Süd, qatıq, pendir, brokoli, susam və ispanaq kimi qidalar kalsium qaynaqlarıdır. Kalsium saçı qidalandırar, böyüdər. Ayrıca saydığımız bu qidalar zülal da ehtiva etdiyindən saçların qırılmasını da mane olar.

9- Təmizlik

Saçlar həftədə ən az 2 dəfə yuyulmalıdır. Əgər yağlı bir saça sahibsinizsə yuma sıxlığını artırmalısınız. Saç tam qurumadan uyğun bir dara daranmalıdır.

10- Kəpəklə Mübarizə

Saç diblərindəki yaranan kəpək saç dərisinin rahat nəfəs almasını maneə törədəcək və bu da saç tökülməsinə səbəb olacaq. Kəpəyi önləmək üçün həddindən artıq isti su ilə saçlarınızı yumayın və mütləq bol su ilə durulayın.
 
/Mənbə.Qadınlar.biz/ скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!