Hansı dəri tipinə sahib olduğunuzu test edin

Hansı dəri tipinə sahib olduğunuzu test edin
Saç və Dəri baxımı
10.09.2017 20
Dəri təmizliyi dəri tiplərinə görə dəyişər. Dərinizi necə təmizləməyiniz lazım olduğunu kiçik bir test ilə öyrənə bilərsiniz.
 
 
Praktik dəri testi
Üzünüzü təmizləyin amma kremləməyin. Bir saat sonra bir kağız
dəsmalını qısa bir müddət üzünüzə basdırın və çəkin. Üzünüzü aşağıdakı
təkliflər istiqamətində diqqətli bir şəkildə araşdırın.
Normal dəri: Kağız dəsmalın üzərində heç bir yağ təbəqəsi gözə dəymir. Üzünüzdə sızanaq və nahamarlıq da gözə dəymir.
Qarışıq dəri: Alın, burun və çənənizə bərabər gələn bölgədə dəsmalda yağlı bir
görünüş gözə dəyir. Üstəlik yanaqlarınızda qəribə bir şəkildə gərilmə
hiss edirsiniz.
Yağlı dəri: Kağız dəsmalınızın üzərində ara sıra
yağ ləkələri gözə çarpır. Yanaqlarınız, alın və çənəniz parlayır.
Məsamələriniz çox böyük və dərinizdə sızanaqlar gözə dəyir.
Quru dəri: Bu dəfə dəsmalın üzərində yağ yerinə
kiçik qabıq şəklində dəri gözə dəyir. Dəriniz hər an gərgin və
nəmləndirməyə ehtiyac hiss edir.

Cildlərin baxımı bu şəkildə olmalıdır.


Normal dəri
Bu dəri təmizləndikdən sonra öz özünü yenilənər. Normal dəri üçün
yüngül duş gelləri idealdır. Təmizləmə duş gelini ovucunuzun içində bir
az suyla köpürdün. Sonra barmaq uclarınızla, kiçik bir makiyaj
süngəriylə və ya yumşaq bir yüz fırçasıyla dairəvi hərəkətlər edərək
dərinizi masaj edin.
 
 
Qarışıq dəri
Bu dəri üçün ən yaxşısı səhər və axşam üzü gündəlik istifadəyə uyğun
peeling məhsullarıyla yumaqdır. Ardından üzünüzü yaxşıca suyla yuyun.
Digər bir təklif bir qaba qoyacağınız ilıq suyu (40 dərəcə kimi)
əllərinizlə 20 dəfə üzünüzə sürtün. Sonrasında 10 dəfə daha az isti
suyla yuyun. Beləcə kolagen istehsalını nizmlayaraq üzünüzdəki damarları
hərəkətə keçirərsiniz.
 
 
Yağlı dəri
Yağlı dərilər xüsusilə yaz və yay aylarında daha da yağlı olarlar.
Açılan məsamələr və parlaq görünüş isti və günəşin hərəkətə keçirdiyi
tər bezləriylə daha da artar. Buna etiraz etməyə çalışmaq belə bu
görünüşü artırmaqdan başqa bir işə yaramaz. Qış aylarında vəziyyət bir
az daha tolere edilə bilər vəziyyətə gəlir amma yenə də edilməsi lazım
olanlar vardır. Köpük təmizləyicilər bu yağlı görünüşü matlaşdırar və
üst təbəqəni yağlardan təmizləyər.
 
 
Quru dəri
Həddindən artıq isti, soyuq, ətraf çirkliliyi, stress və düzgün
olmayan baxım bu dəriləri poza bilər. Dəri getdikcə öz nəmini itirər. Dərinin təmizlənməsi
üçün ən doğrusu krem ya da süd tərzində məhsuldur. Təmizlik sonrası
dəri səthindəki tullantıları nəmli yaş bir dəsmalla ala bilərsiniz. Quru
cildləri yalnız gecələr təmizləmə məhsuluyla əməliyyat etməlisiniz.
Səhər baxımı üçün bir miqdar dəri tonik istifadə edə bilərsiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!