Dırnaqlarınız sizə mesaj verir

Dırnaqlarınız sizə mesaj verir
Saç və Dəri baxımı
10.09.2017 64
Solğun dırnaqlar
Dırnaq ətləriniz çox ağsa, xarakterizə bir qan xəstəliyi olan anamı olma ehtimalınız var deməkdir. Ayrıca solğun rəngli dırnaq ətləri, diyabet ya da qaraciyər xəstəliyi kimi daha ciddi problemlərin əlaməti də ola bilər.

Saralmış dırnaqlar
Sarımsı olan ya da olmayan qalınlaşmış dırnaqlar, göbələk infeksiyalarının xəbərçisidir. Bu infeksiyalar ümumiyyətlə dırnaq yatağına yayılar və səthi dərman müalicəsi də asanca yaxşılaşdıra bilməz.

Çuxurlaşmalar
Dırnaqlarda yaranan çuxurluqlar sədəf xəstəliyinin xəbərçisi ola bilər. Sədəf xəstəliyində dırnaq yatağı boyunca hüceyrə çoxluqlanmaları meydana gələr. Bu da dırnaq səthi hamarlığının pozulmasına gətirib çıxarar. 

Ağ xəttlər
Dırnaqlar üzərində üfüqi ağ xəttlər meydana gəldisə, bu vəziyyət böyrək xəstəliyi, qaraciyər problemi, zülal və ya digər qida maddələrinin əskikliyini düşündürər. 

Göyərmiş dırnaqlar
Göyərmiş üz necə havasız qalmanın əlamətidirsə, göyərmiş dırnaqlar da barmaq uclarının kifayət qədər oksigen almasını göstərər. Bu vəziyyət, tənəffüs ya da damarsal bir problemin göstəricisi ola bilər. Dırnaqlarınızdakı göyərmişlik israrla getmirsə həkimə gedib oksigen səviyyənizi nəzarət etdirin.
 
/Mənbə.Qadınlar.biz/ скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!