Duşdan sonra saçın qabarması

Duşdan sonra saçın qabarması
Saç və Dəri baxımı
10.09.2017 45
Saçın qabarmasının quruluq, qeyri-kafi bəslənmə, istiliklə çalışan
cihazların tez-tez istifadə kimi müxtəlif səbəbləri ola bilər. Ayrıca
nəmli havalarda saçlarınız qabara bilər və verdiyiniz şəkli uzun müddət
qorumaya bilrəsiniz. Təbii yağlarla edəcəyiniz baxım və maşa kimi saçı
yoran cihazları daha az istifadə etmək, saçların yumşalmasına kömək edir
və qabarmasını önləyər (ən azı azaldır). Saçın duşdan sonra qabarmasını
önləmək üçünsə aşağıdakı üsulları istifadə edə bilərsiniz.Duşdan
əvvəl saçlarınıza isti yağ baxım tətbiqi etmək duşdan sonra yaranan
qabarmağı önləyər və saçlarınızın daha yumşaq olmasını, asan forma
almasını təmin edir. Yağ olaraq zeytun yağı istifadə edə bilər və bu
tətbiqi nizamlı olaraq həftədə bir edə bilərsiniz.
Saçlarınızı,
qabarma əsas səbəbi olan quruluqdan qorumaq üçün həftədə bir yumurta və
mayonez maskasıyla baxım edə bilərsiniz.



 
Maska üçün
1 yumurta
2 yemək qaşığı
 
Hazırlanması
yumurtanı 2 yemək qaşığı
mayonezlə qarışdırıb saçınızın hamısına sürtün və 20 dəqiqə gözlədin.

Çıxarmaq üçün ilıq su və gündəlik şampununuzun istifadə edə bilərsiniz.
Maşa,
fen və saç qurutma maşını istifadəsinə bir müddət ara verin.
Əgər mütləq bu
cihazları istifadə lazımdırsa ən aşağı istilikdə istifadə edin.
Duşdan sonra dəsmalla saçınızdakı çox suyu alın və geniş dişli bir daraqla saçlarınızı darayın.
Duşdan
sonra saçların qabarmasını istəmirsinizsə nəmli mühitlərdən uzaq durun.
Duş buxarının duşdan çıxması üçün qapını açın. Buxar tamamilə çıxmadan
 saçınıza şəkil verməyə çalışmayın.
Saçlarınızı ara ara sirkəli suyla durulamak saç tellərini gücləndirər və saçınızın pH dəyərini tarazlar.
Vitamin
əskikliyinin ilk əlamətləri saç və dəridə görülər.
Bədəniniz üçün
lazımlı vitamin və mineralları almazsanız saçlarınız bir müddət sonra
quruyar, qırıqlar artar və sağlamlıqsız görünür.
Ayrıca bol bol su
içməyə diqqət edin.  
 
/Mənbə: Qadınlar.Biz/   скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!