Dəri təmizliyi

Dəri təmizliyi
Saç və Dəri baxımı
10.09.2017 40
Quru dəri təmizliyi

Yatmadan əvvəl yağı alınmış südə batırdığınız pambıqla üzünüzü silin və 15 dəqiqə gözləyin. Daha sonra ilıq suya batırılmış pambıqla üzünüzü silin və qurulayın. Sonra kremlə masaj edin.
 
Yağlı dəri təmizliyi

Əgər dəriniz yağlıdırsa gündə iki dəfə aşağıdakı kimi təmizləyin.
Bir qaba çox isti su qoyun. İçinə bir ovuc qədər quru çobanyastığı tökün.
5 dəqiqə gözlədib süzün. Sonra kiçik və yumşaq bir dəsmalı bu suya batıraraq yaxşıca isladıb sıxın və üzünüzə kompres edin. Eyni əməliyyatı 5 dəqiqə davam etdirin.
Daha sonra üzünüzü gül suyuna batırılmış pambıqla silin.
 
Bütün dərilər üçün yoqurtlu ballı təmizləmə
3 şorba qaşığı balı istilədərək əridin. 16 şorba qaşığı qatıq və 5 şorba qaşığı elderberry çiçəyini (apteklərdən
ala bilərsiniz) yüngül atəşdə yarım saat qaynadın. Beş saat gözlətdikdən sonra süzün.
İçinə balı əlavə edin və yaxşıca qarışdırıb bir banka və ya şüşəyə qoyun.
Bu kremə ​​batırdığınız bir parça pambıqla üzünüzü təmizləyin.
 
/Mənbə.Qadınlar.biz/скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!