Ev istehsalı olan çiyələk maskaları

Ev istehsalı olan  çiyələk maskaları
Saç və Dəri baxımı
10.09.2017 32
1.Tarif



Lazımlı vəsaitlər: 8-9 ədəd çiyələk və 3 yemək qaşığı bal



Hazırlanması: Çiyələkləri çəngəl yarımıyla əzib, içinə balı əlavə edirik və gözəlcə qarışdırırıq. Əlimizlə ya da varsa maska fırçasıyla göz ətrafı xaricində bütün üzümüzə çəkirik.  15 dəqiqə gözlətdikdən sonra ilıq suyla durulayırıq. Yumşaq bir dəsmal köməyi ilə qurulayıb nəmləndirici çəkirik.



2.Tarif



Lazımlı vəsaitlər: 8-9 ədəd çiyələk, 2 yemək qaşığı bal, 1 yemək qaşığı təmiz zeytunyağı ya da badam yağı, 8 damla limon suyu (Yağlı dərilər 1 yemək qaşığı limon suyu istifadə edə bilər)



Hazırlanması: Yenə eyni şəkildə çiyələkləri əzib bütün vəsaitləri tamamilə bir-birinə yedirənə qədər qarışdırırıq. Göz ətrafı xaric bütün yüzə tətbiq edirik. 5-7 dəqiqə gözlədib ilıq suyla yuyuruq. İçərisində limon olduğu üçün çox gözlətmək qızarıqlıqlara səbəb ola bilər. Üzümüzü gözəlcə quruladıqdan sonra nəmləndirici tətbiq edirik.



3. Tərif



Vəsaitlər: 5-6 ədəd çiyələk, yarım yemək qaşığı qatıq (quru dərilər qatıq yerinə krem istifadə edə bilər)  və 2 yemək qaşığı bal



Hazırlanması: Çiyələkləri əzib qatıq və balı əlavə edirik. Bütün vəsaitləri qarışdırırıq. Göz ətrafı xaricində bütün üzə çəkirik. 10-15 dəqiqə gözlətdikdən sonra ilıq suyla durulayıb quruladıqdan sonra nəmləndirici çəkirik.



Qeyd: Bu maskaları gecə yatmadan əvvəl üzünüzü təmizlədikdən sonra etmənizi tövsiyə edərəm. Səhər yumşaq bir üzlə oyanacağınza əmin olun.
 
/Mənbə.Qadınlar.Biz/скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!