Körpə yağı ilə saç uzatma

Körpə yağı ilə saç uzatma
Saç və Dəri baxımı
10.09.2017 70
Körpə Yağının Saçlara Faydaları:



Saçlar bilindiyi üzrə keratinden meydana gəlməkdədir. Körpələrə xüsusi hazırlanan körpə yağı saçlarda təsirli bir baxım təmin edər və saçların ehtiyac hiss etdiyi mineralları verər. Körpə yağı istifadəsi ilə saçların qırılması önlənərək, davamlı saç kəsmə dərdindən xilas olmaq mümkündür. Ayrıca saçlarda tez-tez rast gəlinilən quruluq problemi körpə yağı sayəsində keçə bilər.



Körpə Yağı Saça Necə Tətbiq olunur?



Körpə yağından ovuc içinə bir miqdar tökülər və saç diblərinə masaj edilərək yağ saçlara yedirilər. Xüsusilə saç quruluşu quru və incə telli olan kəslər üçün ideal bir saç baxımı üsuludur. Yağ saçlara tamamilə yedirildikdən sonra 30 dəqiqə qədər gözlədilər və şampun ilə saçlar yuyular. Olduqca sadə bir tətbiq olan bu üsul sonrasında saçlar daha nəmli, parlaq, güclü olacaq. Ən əhəmiyyətlisi də körpə yağı saçları tez uzadan bir təsirə malikdir.



Yağlı saçlarda körpə yağı istifadəsi: saç tipi yağlı olan kəslər körpə yağını yalnız saç uclarına tətbiq edərək bir müddət gözlətməli və bol su ilə yumalıdır.



Daha uzun saçlar üçün hansı körpə yağı daha uyğundur?



Bir çox markada körpə yağı tapmaq mümkündür. Lakin hər körpə yağının tərkibində  olan maddələr bir-birindən fərqli ola bilər. Bu səbəblə körpə yağının tərkibində  saçlar üçün faydalı mineralların olmasına diqqət edilməlidir.



Körpə yağını tətbiq etdikdən sonra asanca təmizləmək üçün:



Körpə yağını saçda gözlətmə müddəti tamamlandıqdan sonra saçlar isladılmadan şampun çəkilməlidir. Şampun saça yaxşıca təmas etdirildikdən sonra bol su ilə yuyulmalıdır.
 
/Mənbə.Qadınlar.Biz/скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!