Tərtəmiz bir dəri üçün məsləhətlər!

Tərtəmiz bir dəri üçün məsləhətlər!
Saç və Dəri baxımı
10.09.2017 21
Hər dəri zaman zaman quruyar, solğun görünər, nahamar bir görünüşə sahib olar.

Bu vəziyyətdən xilas olmaq üçün dərinizə maraq göstərin.

Buda addım-addım dəriyə qulluq ...



Canlandırıcı peeling

Yarım çay stəkanı qoz içi

1 çay qaşığı limon suyu

3 çay qaşığı süd

1 çay qaşığı bal

 

Hazırlanması və tətbiqi


Qoz rəndələnir (məqsəd incə dənəciklər halına gətirməkdir), içinə limon, süd və bal əlavə edilir.

Əldə edilən qarışıq yumşaq hərəkətlərlə dəriyə tətbiq olunar.

5 dəqiqə qədər gözlədildikdən sonra ilıq su ilə yuyulur.

 

Dəri təmizləyici tonik


1/4 çay stəkanı cəfəri toxumu

1/4 çay stəkanı itburnu

1,5 su stəkanı su

 

Hazırlanması və tətbiqi

Vəsaitlər qaynar suyun içində 20 dəqiqə dəmlənir.

Soyuduqdan sonra tonik olaraq üzə tətbiq oluna bilər.

Əldə edilən tonik soyuq mühitdə və şüşə qabda 4 gün mühafizə edilə bilər.



Qara nöqtə üçün maska

1 çay qaşığı badam yağı

1,5 çay qaşığı gil

1 çay qaşığı bal

1 çay qaşığı limon suyu



Hazırlanması və tətbiqi


Bu vəsaitləri qarışdırıb dodaq və göz ətrafı xaric üzünüzə tətbiq edin.

45 dəqiqə gözlətdikdən sonra ilıq su ilə durulaya biıərsiniz.

 

 

Üz cavanlaşdırıcı və qoruyucu maska

2 yemək qaşığı balqabaq toxumu yağı

1 yemək qaşığı jojoba yağı

1 yumurta ağı



Hazırlanması və tətbiqi

Bütün vəsaitlər qarışdırılar. Təmiz dəriyə göz ətrafı xaric tətbiq  edilir.

15 dəqiqə gözlədildikdən sonra soyuğa yaxın ilıq su ilə yaxalanır.

Bu maska ​​həftədə bir dəfə tətbiq oluna bilər və ardından dəriyə mədən suyu ilə kompres edilməsi tövsiyə edilər.

 

/Mənbə.Qadınlar.Biz/

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!