Ayaqlara kartofla, əllərə limonla qulluq edin

Ayaqlara kartofla, əllərə limonla qulluq edin
Saç və Dəri baxımı
10.09.2017 4
Sərtləşən topuqlar üçün kartof müalicəsi
4 ədəd kartofu qaynadıb püre halına gətirin. Əldə etdiyiniz püreyə 1 yemək qaşığı zeytunyağı əlavə edin. Bu qarışığı yaylıq köməyi ilə ayağınıza bağlayıb ən az 2 saat gözlədin. Ardından ayaqlarınıza vazelin çəkin. Bu düsturdan həftədə ən az 2 dəfə faydalanın.



Limonlu losyonla yumşaq əllər
2 limonun sunuyu 10qr. badam yağı, 10 qr. qliserin yağı, 10 qr. kokoulu odekolon, və bir çay qaşığı körpə pudrası ila qarışdırın. Bu qarışığı hər gün tez-tez istifadə edin. Sıxdığınız limonların qabıqlarını atmaq yerinə bu qabıqlarla əllərinizi ovuşdurun. Əlləriniz qısa zamanda pambıq kimi olacaq.



Qaralan diz qapaqlarına 
1 ədəd sıxılmış  və ya limonun içinə 1 yemək qaşığı toz şəkər qoyub diz qapaqlarınızı bu qarışımla ovun. Ardından diz qapaqlarınızı yuyun və kremləyin. Ayrıca hər gün diz qapaqlarınızı limonla ovmayı vərdiş halına gətirin. Qaralma dövran pozğunluğundan qaynaqlanmış  ola bilər. Bu ehtimalı araşdırmaq üçün mütləq həkimə getməlisiniz.
 
/Mənbə:Qadınlar.Biz/скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!