Hindqozu yağı ilə dəriyə qulluq

Hindqozu yağı ilə dəriyə qulluq
Saç və Dəri baxımı
10.09.2017 7
Təbii yağların ən faydalılarından biri hindqozu yağıdır. Qida sektoru xarici gözəlliyə də köməyi inanılmaz dərəcədə böyükdür. Baxın, dəriyə nə kimi faydaları var:



1. Makiyaj çıxarıcı

Hindqozu yağı çox yaxşı makiyaj çıxarar. Bir parça pambıq üzərinə bir az hindqozu yağı tökün və göz ətrafında dairəvi hərəkətlərlə yüngülcə ovalayın. Hindqozu yağı antibakteriyaldır və təsirli bir nəmləndiricidir. Makiyajı mükəmməl bir şəkildə dərini əldən salmadan təmizləyər.



2. Göz kremi

Hindqozu yağı göz ətrafınızı zərif formada nəmləndirər. Eyni zamanda qırışıqların görünüşünü azaltmağa köməkçi olar.



3. Təraş kremi

Hindqozu yağını təraş kremi kimi istifadə edə bilərsiniz. Həssas bir dəriyə sahib olanlar üçün idealdır. Normal təraş kremlərinə həssas olanlara tövsiyə edilər. Hamar bir təraş təmin edər.



4. Nəmləndirici

Hindqozu yağı təbii bir nəmləndiricidir. Hindqozu yağı yağ turşularını dəri içinə hopdurar və beləcə nəm təmin edər, dirsək və topuq kimi sərt səthləri yumşaltmaq üçün seçim edə bilərsiniz.



5. Üz üçün peeling kremi

Hindqozu yağı və qabartma tozu ilə şəxsi peeling kreminizi edə bilərsiniz. Dəriniz körpə kimi hamar və yumşaq olacaq.



6. Dodaq balzamı

Hindqozu yağını dodaq kremi olaraq istifadə etsəniz dodaqlarınız heç çatlamaz və qurumaz.



7. Masaj yağı

hindqozu yağı möcüzəvi bir masaj yağıdır. Çünki dəri yağı dərhal əmməz. Rahatlaşdırıcı qoxusu ilə zövqlü bir masaj təqdim edər.



8. Zaqar üçün yağ

Bir sprey şüşəsinə bir az hindqozu yağı qoyun və sahilə gətirin. Dərini nəmli tutar və zaqar yağı funksiyası yerinə yetirər.



9. Yanıq baxımı

Əgər günəşdə çox uzun zaman keçirdinizsə, günəş sonrası hindqozu yağı çəkin. Dərini yaxşılaşdırar və nəm verər.

Hindqozu yağının möcüzələrinə şahid olmaq üçün təkliflərimizi dərhal yoxlayın, ondan bir daha əsla imtina edə bilməyəcəksiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!