Saçları necə yumaq lazımdır?

Saçları necə yumaq lazımdır?
Saç və Dəri baxımı
10.09.2017 28
Saçların yaxşı görünməsi və sağlam olması üçün onu düzgün yumaq və daima qulluq etmək lazımdır. Başın yuyulması saçın çirklənməsindən aslı olaraq 2-3 gündən bir olmalıdır. Təcrübə göstərir ki, uzun müddət yuyulmayan saçlarda cirk saçın köklərinə yapışır. Nəticə etibarı ilə baş nəfəs almır, saçlarınızın sağlamlığı təhlükə qarşısında qalır. Amma bu o demək deyil ki, saçları hər gün yumaq lazımdır.Çünki bu zaman saçlar xüsusi müdafiə təbəqəsini itirir və kövrəkləşir. Müxtəlif saç xəstəlıklərinə qarşı həssas olur.

Bəs saçların sağlamlığı necə saxlanılmalıdır? Bunun üçün ilk növbədə yuyulma prosesini düzgün aparmaq lazımdır. Yuyulma prosesi aşağıdakı mərhələlərdən keçir:



1. Saçları yumamışdan qabaq daraqla yaxşıca darayın. Bu sizə saçın sonrakı yuyulma prosesində işinizi asantlaşdıracaq və saçın dolaşmasının qarşısını alacaq.



2. Saçı 1/4 nisbətində təmiz su ilə yuyun. Yağışlı su ilə də yumaq olar. Şampun olmayan qədim zamanlarda qadınlar saçlarını məhz yağış suyu ilə yuyurdular. Şəhərdə yaşayan qadınların diqqətinə, öz üzərinizdə təcrübə aparmayın, şəhərlərdə hazırkı dövrdə ekoloji vəziyyət pis olduğundan yağış suyunun nəinki xeyri olmaz, hətta saçınızın tökülməsinə də səbəb ola bilər.



3. İsti su ilə saçlarınızı yumayın. Mütəxəsislərin bildirdiyinə görə, isti su ilə yuyulan saçlarda piy vəzləri aktivləşir, nəticədə lazımsız baş yağlanmasına gətirib çıxarır. Hətta saçlar parıltısını belə itirir və cansız görünür. Saçları ilıq suda yuyun.



4. Şampundan istifadə edin. Efektiv olması üçün saçınızın tipinə uyğun gələn(yağlı, quru …) şampun seçin. Qisa saçlı qadınlar 1-2 damcı , uzun saçlılar isə 1 çay qaşığı şampun ilə saçlarını yumalıdırlar. Bu praporsiyalardan çox şampun tökməyin cünki indiki şampunlar çox efektivdirlər. Şampunu su ilə əlinizdə həll edib sonra başınıza sürtün və yaxşıca yedirtməyə calışın.



5. Fendən istifadə etməyin(imkan daxilində). Yaş saçları fenlə qurutduqda saçlar qırılmaya qarşı həssas olur. Yaxşı olardı ki, yaş saç quru məhraba ilə qurudulardı.



6. Yaş saçları daramayın. Qadınların 90% saçlarını yaş-yaş darayır. Mütəxəsislərin bildirdiyinə görə yaş saçlar kövrək olur, daradıqda asanlıqla sınır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!