Evdə hazırlanan parlaqlıq və canlılıq verən saç maskası

Evdə hazırlanan parlaqlıq və canlılıq verən saç maskası
Saç və Dəri baxımı
10.09.2017 19
Saçlarımızın parlaq və canlı görünməsini hamımız istəyərik. Yaxşı, bunun yolunun mətbəxinizdən keçdiyini desək inanarsız?



Ehtiyacınız olanlar:

1 ç.q sirkə

1 ç.q qliserin

1 yumurta (çırpılmış)

2 x.q  təmiz hindqozu yağı

Kasa



Hazırlanması:

Kasanın içində sirkə və qliserini bir-birlərinə tamamilə qarışana qədər qarışdırın. Daha sonra çırpılmış yumurtanı və ən son olaraq hindqozu yağını əlavə edin və hamısı bir-birinə tamamilə qarışana qədər qarışdırın.



Tətbiqi:

Saçlarınızı ortadan ikiyə, rahat tətbiq edə biləcəyiniz bir şəkildə ayırın. Daha sonra bir bölgəyə, masaj edərək kökdən uca hazırladığınız maskanın bir qisimini tətbiq edin. Daha sonra saçınızın digər bölgəsinə də eyni şəkildə maskanı tətbiq edin. Tətbiqi bitirdikdən sonra saçınızı bir dəsmala bükün və 2 saat gözləyin. Daha sonra normal şampununuz və saç kreminizlə saçınızı yuyun. Bu maskanı həftədə 2 dəfə tətbiq edin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!