Sağlam saçlar üçün 10 təklif

Sağlam saçlar üçün 10 təklif
Saç və Dəri baxımı
10.09.2017 26
Saçlarınızın baxımına yalnız fəsil keçişlərində deyil, hər vaxt əhəmiyyət verməlisiniz!
1- Duş əsnasında saçlarınızı yaxşıca durulamağa diqqət edin. Əks halda saçlarınız tez yağlanar və ciddi kəpək problemləri yaşaya bilərsiniz.
2- Stressdən uzaq dayanmağa çalışın. Həddindən artıq stress saçlarınızın tökülməsinə səbəb olar.
3- Qidalanmanıza əhəmiyyət verin, sağlam qidalar qəbul edin. Səhv diyetlər tətbiqi, idarəsiz çəki itkisi və balanssız qidalanma saçlarınızın tökülməsinə və sağlamlığını itirməsinə səbəb olar.
4- Saçlarınız üçün doğru daraq seçimi çox əhəmiyyətlidir. Saç tipinizə uyğun bir daraq ilə saçlarınızı qırmadan və  daramağa diqqət edin.
5- Saçlarınızda çox tökülmə problemi yaşayırsınızsa, ümidsizliyə qapılıb, özünüzü incitməyin. Satışda olan saç tökülmələrinə qarşı bitki mənşəli məhsullar sizə olduqca faydalı olacaq.
6- Fəsil keçişlərində saçlarınıza diqqət edin. Çünki bu dövrlərdə saçlarda tökülmə olduqca artar.
7- Ağılınıza gəldikcə saç dərinizə masaj tətbiq edin. Duş əsnasında saçlarınıza və saç dərinizə masaj etmək, saçlarınızın güclənməsini təmin edər.
8- Saç tipiniz haqqında məlumatınız olsun və ona görə məhsul istifadə etməyə diqqət edin. Doğru məhsul istifadəsi saç tökülmələrinizi azaldacaq.
9- Əllərinizi gün içərisində saçlarınızdan uzaq saxlayın. Əks halda saçlarınız tez yağlanır və yağlanan saç daha çox tökülər.
10- Saçınıza çox nəsə tətbiq etməməyə diqqət edin. Fen, maşa kimi istilik verən əşyalar saçlarınızın köhnəlməsinə səbəb olar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!