Buzla edə biləcəyiniz 4 dəri baxımı

Buzla edə biləcəyiniz 4 dəri baxımı
Saç və Dəri baxımı
10.09.2017 24
Sizin qədər dəriniz də soyuq havaya nifrət edir; soyuqdan yanaqlarınız gərilir, dodaqlarınız çatlayır, əlləriniz quruyur. Amma soyuğu doğru istifadə etməyi təcrübə edin. Buz kubları ilə dərinizə masaj etmək, qan dövranını artırar və qırışıqların görünüşünü azaldar. Sizə buz parçalarıyla tətbiq edə biləcəyiniz və dərinizin çox sevəcəyi bir neçə baxım məsləhəti:
Sızanaqları kiçildin
Yeni çıxmağa başlayan sızanağın yaratdığı qızarıqlığı aradan qaldırmaq üçün buz istifadə edə bilərsiniz. Bir buz parçasını ağızı bağlı kiçik bir paketin içinə qoyun və 5-10 dəqiqə sızanağınızın üzərində qoyun. Bu qabarıqlığı və gərginliyi aradan qaldıracaq.
Gözlərinizin şişkinliyini azaldın
Yuxusuz bir gecə keçirdiniz? Səhər qəhvənizin dəmlənməsini gözləyərkən dərhal bir neçə buz parçası alın və yumşaq bir bezin içinə bükərək gözlərinizin üzərinə kompres edin. Bu şişkinkiyi aradan qaldıracaq və daha oyanıq hiss etmənizi təmin edəcək. Daha yaxşı bir təsir üçün yaşıl çayı buz qəlibində donduraraq birbaşa olaraq tətbiq edə bilərsiniz. Ya da dəmlik qara çay paketlərini də dondura bilərsiniz.
Məsamələrinizi möhkəmləşdirin
Tonal krem sürtmədən əvvəl üzünüzdə bir buz parçasını gəzdirin. Xüsusilə geniş məsamələrin olduğu bölgələrə tətbiq edin. Soyuq su, məsamələri möhkəmləşdirər və makiyaj üçün daha hamar bir dəri əldə etmiş olarsınız. Buna makiyaj bezi təsiri də deyə bilərik.
Meyvəli serum edin
Dərinizə canlı bir görünüş vermək və parlaqlıq qatmaq üçün, ahududu ya da xiyar kimi tərəvəz meyvələri, bir miqdar suyla blenderdən keçirib, buz qəliblərində dondurun. Serum təsiri üçün bu buz kubları ilə üzünüzə masaj edərək meyvələrin bütün o gözəl özlərini dərinizə yedirə bilər və eyni zamanda yüngül bir peelinq təsiri də etmiş olarsınız. Dərinizin ehtiyacı olan vitamini bu şəkildə ona verə bilərsiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!