Qırışıqları azaltmağın sürətli yolları

Qırışıqları azaltmağın sürətli yolları
Saç və Dəri baxımı
10.09.2017 25
Dərinizin yaşlanmasını önləmək üçün bahalı kremlər istifadə edirsiniz, yaxşı başqa nələr edirsiniz?



Kürək üstü yatın

Kürək üstü yatmağın qırış meydana gəlməsini önlədiyi sübut edilmişdir. Yan ya da qarın üstü yatmaq  yanaqlarda bərabər olmayan qırışıqlıqlara səbəb olarkən, kürək üstü yatmaq bunu önləyər.



Avtomobilinizdə rəngli şüşə seçin

Əgər gün içində, uzun müddət avtomobil istifadə edirsinizsə, şüşədən əks olunan UVA şüaları dərinizin qırışmasına səbəb ola bilər. Bunu önləmək üçün mütləq günəş kremi istifadə edin və şüşələrinizi rəngli seçin.



Üzünüzü çox yumayın

Dəriniz necə olursa olsun üzünüzü çox yumaq təbii yağlarını alacaq və dərinizi quru buraxacaq. Bu da qırışıqlığa səbəb olar.



Antioksidan qəbul edin

Antioksidan ehtiva edən dəri məhsulları istifadə etmək yaxşıdır amma antioksidanı bol qidalar qəbul etmək daha da yaxşıdır. Çiy sarımsaq, püstə,kakao kimi antioksidan baxımından zəngin qidaları qəbul etməyə laqeyd yanaşmayın.



Gözlərinizi qısmayın

Əgər tez-tez gözlərinizi qısırsınızsa bu, gözlərinin ətrafının və alınınızın qırışmasına səbəb olar.



Daha çox çay için

Yaşıl çay, çobanyastığı çayı içmək alovlanmağı azaldar, sizi sərbəst radikallara qarşı qoruyar və yaşlanma əleyhdarı təsir verər. Bir stəkan çayı dəmlənin, soyudun və üzünüzə, rahatlaşdırıcı su kimi, sprey ilə tətbiq edin. Soyumuş paketləri də, xəttlərinizi azaltmaq üçün, üzünüzə tətbiq edə bilərsiniz.



Daha çox balıq yeyin

Xüsusilə somon  qəbul  etmək, tərkibindəki yüksək omeqa 3 və zülal sayəsində, dərinizi gənc tutar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!