Təravətini itirən yağlı dərilər üçün maskalar

Təravətini itirən yağlı dərilər üçün maskalar
Saç və Dəri baxımı
10.09.2017 24
Balqabaq maskası

Balqabaq dərini yaxşı yumşaldır, təravətləndirir, və eyni zamanda qidalandırır.

Təmiz yuyulmuş üz dərisinə balqabağın ətli hissələrini 20-30 dəqiqəlik oymaq lazımdır. Maskanı sərin su ilə yuyun.



Qreyfurtlu maska

Orta ölçülü qreypfrutu qabıqdan və pərdəciklərdən təmizləmək, əzmək və 1 fincan qatıq qatmaq alınmış qarışığı 1 saatlıq soyuducuda saxlamaq sonra bunu üzün dərisinə və boynuna çəkmək 30 dəqiqə saxlamaq lazımdır.

Maskanı ilıq su ilə yumaq lazımdır.



Pomidor maskası

Torpaq rəngində, məsaməli yağlı dəriyə pomidor maskası müalicəvi təsir göstərir.

1-2 dənə pomidoru halqa şəklində doğrayıb üzün, boyunun dərisinə düzüb, tənziflə örtmək 20 dəqiqədən sonra üzü əvvəl ilıq, sonra isə soyuq su ilə yumaq lazımdır.



Çiy kartof maskası

Süzgəcdən keçirilmiş çiy kartof maskası əsasən quru və qabıq verən dərini yumşaldır, nəmləndirir və hamarlandırır.



Manna dənələri ilə üzün təmizlənməsi

Çənədə,burnun kənarlarında və alında olan qara nöqtələri aradan qaldırmaq üçün tez-tez səhər və axşam bu hissələri isladılmış manna dənəcikləri ilə silmək lazımdır.



Banan maskası

Dərinizi sevindirin  Axşamlar evdə olarkən 1dənə banan yeyin, 1 kiçik hissəcik saxlayın ki, üzünüzə maska edəsiniz.

Bu cür maska dərinizi sevindirəcək və ona "banan incəliyi” bəxş edəcək. Kiçik banan hissəciyini üzünüzə çəkin və ya onunla dərinizi massaj edin.

Banan dərinizi qidalandıracaq və təmizləyəcək.15-20 dəq sonra üzünüzü əvvəlcə ilıq, sonra isə sərin su ilə yuyun.

Üzünüzü quruladıqdan sonra qidalandırıcı krem çəkin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!