Cansız saçlar üçün 3 bitki mənşəli yağ

Cansız saçlar üçün 3 bitki mənşəli yağ
Saç və Dəri baxımı
10.09.2017 190
Arqan yağı
Bu yağ, gözəllik sektorunda çox tez-tez istifadə edilən, köhnəlmiş saçları müalicə etməklə bilinən güclü bir yağdır.
Zəngin B Vitamini, E Vitamini və bəsləyici yağ məzmunuyla, saçlarınızı sağlam bir hala qovuşdurura və onları xarici faktorlara qarşı qoruyur.
Arqan yağından faydalana bilmək üçün bu yağı doğru istifadə etmək vacibdir. Yağı duşa girmədən dərhal əvvəl və ya duşdan sonra tətbiq edə bilərsiniz.
Duşdan əvvəl istifadə etmək istəsəniz əlinizə bir miqdar argan yağı töküb, saçlarınıza yedizdirin.
Daha sonra barmaq uclarınızla saç dərinizə masaj edin.
Yağı bir az istilədib ilıq hala gətirdikdə tətbiq etsəniz, saç və saç dərisinə daha asan hopar.
Duşdan sonra istifadə etmək istəsəniz saçlarınızda çox suyu dəsmalla aldıqdan sonra saça təzəlik və parlaqlıq vermək üçün darağın və ya fırçanın üstünə bir neçə damla argan yağı damlada bilərsiniz.

 
Avakado yağı
Avokado yağının çox faydası vardır. Bu qida doymamış E vitamini ilə zəngindir. Ayrıca xoş qoxusu ilə də saç baxım məhsulları tərkibində ilk sıralarda yer alan yağlardandır.
Hazırlanması:
2 xörək qaşığı zeytun yağı, 1 xörək qaşığı badam yağı, 1 xörək qaşığı avakado yağını istilədib ilıq bir şəkildə saçlarınıza və baş dərinizə tətbiq edin,
20 dəqiqə sonra şampuanlayıb, saçınızı durulayın, bildirdiyimiz nisbətlər saçın həcminə və gurluğuna görə dəyişər, saçınız seyrəksə daha az yağ tətbiq edin.

 
Çətənə yağı
Bu yağ saç baxım məhsul olaraq, bədən baxım məhsulu olaraq ideal bir yağdır. Xoş qoxuludur və dəriyə sürətlə hopur.
Saçlarınızın sürətlə böyüməsini təmin edər.

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!