Saçlarınız üçün ən faydalı qidalar

Saçlarınız üçün ən faydalı qidalar
Saç və Dəri baxımı
10.09.2017 25
Qəbul etdiyiniz hər qida saçlarınızı içdən qidalandırarkən, daha parlaq və daha sağlam olmasını təmin edər.



Pomidor: Bol miqdarda C vitamini ehtiva edən pomidor, saçlarınızın meydana gəlməsində təməl quruluş daşı olan kolajenin çıxarılmasında təsirli rol oynayar. Ayrıca pomidoru püre halına gətirərək saçlarınıza maska da edə bilərsiniz.

Qoz: E vitamini və Omeqa 3 baxımından çox zəngin bir qida olan qoz, saçlarınızı içdən qidalandırır, daha tez uzanmasını təmin edərkən, saç tellərinin də qalınlaşmasına köməkçi olur.

 Kivi: Sağlam saçlara sahib ola bilməniz üçün qəbul etməniz lazım olan C vitamini qaynağı kivi, saçlarınızı içdən qidalandırıb gücləndirərkən, dəri sağlamlığınızı qorunmanızda da sizə köməkçi olur.

Kök: Ehtiva etdiyi B və A vitamini sayəsində var olan saçlarınızı qoruyarkən, yeni saç meydana gəlməsini təmin edər, parlaqlıq və güc qazandırar.

Yumurta: Gündəlik zülal ehtiyacınız üçün gün içərisində axsatmadan qəbul etməniz lazım olan yumurta, eyni zamanda saçlarınız üçün də olduqca lazımlı bir qida.

Göy noxud: Əgər saçlarınız tökülürsə, göy noxud qəbul etməyə daha çox əhəmiyyət verin. Çünki göy noxud bol miqdarda ehtiva etdiyi B vitamini sayəsində saçlarınızın uzanmasını sürətləndirər və oksigenin saç diblərinizə daşınmasını təmin edər.

İspanaq: Saç dərisinin sağlamlığını qorumağa köməkçi ispanaq, kəpək və göbələk kimi saç problemlərinin meydana gəlməsinə maneə törədir.

 Brokoli: Bu möcüzəvi tərəvəzin diləsəniz salatını edin, diləsəniz şorbasını. B1 və C vitamini ilə dolu brokoli uzun və sağlam saçlara sahib ola bilməniz üçün ən əhəmiyyətli köməkçiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!