Sarıkök maskası ilə dəriniz açılsın

Sarıkök maskası ilə dəriniz açılsın
Saç və Dəri baxımı
10.09.2017 396
Xəbərdarlıq: Sarıkök tozu açıq rəng bədənlilərdə ləkə yarada bilər. Sarı və tünd dərilərdə parlaq bir görünüş təmin edərkən, çəhrayı bədənli qadınların solğun görünməsinə səbəb ola bilər. Bununla birlikdə, ləkə bir neçə saat sonra itib gedər.



Vəsaitlər:


2 yemək qaşığı un (xəmiri qalınlaşdırmaq üçün istifadə edilər)

1/4 çay qaşığı sarıkök tozu

Yağlı dərilər üçün: 1/4 stəkan sadə qatıq və bir neçə damla limon suyu

Quru dərilər üçün: 2 yemək qaşığı zeytun yağı, badam yağı və ya hindistancevizi yağı(daha çox da istifadə edilə bilər.)

Bir neçə damla bal



Hazırlanması:

Un və sarıkökü qarışdırın.

Əgər yağlı bir dəriyə sahibsinizsə: limon suyu əlavə edin və qarışdırın. Kremsi bir xəmir yaranana qədər yavaşca qatıq əlavə edərək qarışdırın. Zövqünüzə uyğun daha çox və ya daha az qatıq istifadə edə bilərsiniz.

Əgər quru bir dəriyə sahibsinizsə, yavaşca yağı əlavə edin və məcun konsistensiyasına gələnə qədər qarışdırın. Daha krem konsistensiyasında bir maska üçün daha çox yağ əlavə edə bilərsiniz.



Üz və boyun bölgənizə maskanı tətbiq edin.

15-20 dəqiqə maskanı üzünüzdə saxlayın.

Əgər rənglənilməsindən çəkinmirsinizsə isti, yaş bir bezlə (zerdeçal ləkə edəcək) maskanı silin və durulayın.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!