Saçqıranlara son

Saçqıranlara son
Saç və Dəri baxımı
10.09.2017 59
İndiki dövrümüzdə bir çox qızların ən qorxduğu şeydir  saçqıran. Saçqıranlarla necə mübarizə aparmaq olar?
Əvvəla gəlin öyrənək, saçqıranlar necə əmələ gəlir?
Saçqıranlar ən çox saçımızı isti su ilə yuyanda əmələ gəlir. İsti su saçımızın dib və uclarını zədələyir və qırılmalar  əmələ gətirir. Nəticədə saçqıranlar yaranır. Buna görə də əziz xanımlar,saçınızı həmişə ilıq su ilə yuyun. Yadınızda saxlayın, istilik saçqıranların  yaxın dostudur. Saçqıranları əmələ gətirən başqa amillər də var:
1) Saçı nəm-nəm hörmək
2) Saçı yaş halda daramaq(bəzi qızlar saçlarını yaş halda elə darayırlar ki,sanki hər şeyin heyfini saçlarından çıxırlar. Olmaz belə :12: :125:)
3) Saça həddən artıq istilik vermək(saçı fenləmək,saçdüzləşdirici ilə tez-tez düzləşdirmək və s.)
 
Tutaq ki, bunları bilmirdiniz və artıq saçqıranlar baş alıb gedir. Bunun qarşısını necə almaq olar?Sizə lazım olan tək şey limondur. Deməli, limonu götürürsünüz bıçaqla iki yerə bölürsünüz. Sonra böldüyünüz limonun bir yarısını götürüb saçqıran olan hissələrə sürtün. Sürtdükdən sonra yumamağınız məsləhətdir. Bu prossesi hər gün bir dəfə etsəniz zamanla fərqi özünüz görərsiniz. Eyni zamanda saçqıranlara qarşı şampunlardan da istifadə edə bilərsiniz. Unutmayın, saçqıranlar saçınızın inkişafına mane olur və saçınızın tökülməsinə gətirib çıxarır. Əziz xanımlar, yadda saxlayın ki, saçlarınız çox həssasdır və onları itirmək istəmirsinizsə yaxşı qorumalısınız. :124:скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!