Xına - saçların boyanması və müalicəsi üçün təbii vasitə

Xına - saçların boyanması və müalicəsi üçün təbii vasitə
Saç və Dəri baxımı
10.09.2017 91
Hər birimizin bildiyinə görə, gözəllik qurban tələb edir. Gözəl bədən quruluşu, hamar və təmiz dəri, gözəl saçlar və s. kimi tələbləri  əldə etmək üçün uzunmüddətli idman və fitness, epilyasya, müxtəlif  ağrılı prosedurlar, saçların boyanaraq korlanması, yandırılmasına şahid oluruq.
Lakin bu gün sizə çox qədim zamanlardan istifadə edilən, hər birimizin ana və nənələrimizdən eşitdiyimiz, ən əsası isə qətiyyən zərərsiz və hətta çox xeyirli tərkibə malik olan xına haqda danışacayıq.
Xına nədir?
Beləliklə, xına( ərəb dilində hənna) - ərəb ölkələrində bitən kolluqların yarpaqlarından əldə olunan qırmızı-sarı boyadır. Ərəblər bu boyanı artıq bir neçə əsrlərdir ki, nəinki saçların boyanması üçün, həmçinin dırnaq, parça və dəridə müvəqqəti tatuajlar üçün istifadə edirlər. Xınanın tərkibində aşı maddələr(qoruyucu maddə) vardır ki, onlar, saçların strukturunu yaxşılaşdırır, onlara həcm və parlaqlıq verir, kəpəyi aradan qaldırır, kövrək və zədələnmiş  saçları qidalandırır. Həmçinin isbat olunmuşdur ki, xına, piy vəzilərinin işini normallaşdırır və saçların tökülməsini dayandırır.
Xınanın növləri.
Satışda xınanın 4 növünü görmək olar: rəngsiz, ağ, rəngli və klassik.
Rəngsiz xına - emal zamanı piqmenti yox olan xına yarpaqlarının ekstraktıdır. Bu növ xınanı əsasən müalicəvi məqsədlə istifadə edilməsi məsləhət görülür. Rəngsiz xına, saçının rəngini dəyişmək istəməyən, yalnız saçlarının müalicə və qulluğa ehtiyacı olan xanımlar üçün ideal vasitədir.
Hal hazırda satıçda ağ xına da görmək olar. Bu xına növü - saçları 5-6 rəng tonu aça biləcək adi  boya vasitəsidir. Nəzərinizə çatdırırıq ki, bu xınanın, iran xınası ilə heç bir əlaqəsi olmayıb, heç bir müalicəvi xüsusiyyətə malik olmamaqla bərabər,  hər bir kimyəvi boya kimi saç strukturunun korlanmasına səbəb olan bir vasitədir.
Kosmetik bazarda müxtəlif rəng çeşidinə malik  - rəngli xına ( çəhrayı, tünd qırmızı, göy, bənövşəyi) ağ xına kimi zərəli xüsusiyyətə malikdir. Bu boyaq maddəsinin tərkibində təbii xına olmasına baxmayara, xınana miqdarı boyanın tərkibində olan sisnteik maddələrin miqdarının yanında gözəgörünməzdir.
Nəhayət, ən çox yayılan iran xınası. Bu növ xına saçlarınıza rəng verəcək. Əgər saçlarınızın təbii rəngi açıqdırsa, boyandıqdan sonra rəng qırmızı və hətta narıncı ola bilər. Lakin saçlarınızı kimyəvi vasitələrlə sarı rəngə gətirmisinizsə, o zaman, xına heç bir nəticə verməyə bilər. Buna səbəb xınanın təbii komponentlərinin kimyəvi boyaq maddəsi ilə uyğunsuzluğudur.
Xınanın hər bir saç rəngi üçün gözlənilməz rəng verə biləcəyini artıq bildiyimizə görə, saçlarınıza xına qoymazdan əvvəl, test olaraq bir saç telinizə sürtün əldə olunan nəticəni gördükdən sonra başlayın.
Həmçinin unutmayın ki, xınanı heç bir kimyəvi boyaq vasitəsi ilə açmaq mümkün deyil. Yalnız boyanmış saçların uzanmasını gözləmək lazım olacaq.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!