Evdə saç baxımı

Evdə saç baxımı
Saç və Dəri baxımı
10.09.2017 43
Bal ilə saç baxımı

Evdə saç baxımı etmək heç də çətin bir iş deyil. Sizə iki ayrı müalicə təklif edirəm. Bu müalicələr evdə asanca hazırlana biləcək və saç baxımında olduqca təsirli ola biləcək müalicələrərdən biridir.
 
 Saç parlaqlıq verən bal maskasi:

1 çay qaşığı balı, 4 stəkan isti suda əridin. Saçlarınızı şampunladıqdan sonra hazırlamış olduğunuz suyu saçlarınızın dibinə çox dəydirmədən uclarına doğru tətbiq edin. Daha sonra durulama etmədən saçlarınızı qurudun. Parlaqlığı görüncə çaşacaqsınız.



Bal ilə evdə edilə biləcək saç baxım kremləri:

1/2 fincan balı 1/4 fincan saf zeytunyağı ilə qarışdırın. Saçlarınız normal quruluqdasa yalnız 1 yemək qaşığı yağ qatın. Qarışığı saçlarınıza sürdükdən sonra başınıza bir bone taxıb yarım saat gözləyin. Saçlarınız şampunla yuduqdan sonra yaxalayın. Quru saçlarınızın canlanıb parladığını görəcəksiniz.



Parlaq və kəpəksiz saçlar üçün Isırganotu müalicəsi:

Lazımlı vəsaitlər: 4-5 qr gicitkən otu, 750 (3 su stəkanı) ml su



Quruluşu və istifadə şəkli:

Bir tutam qədər yəni 4-5 qr gicitkən otunu (Gicitkən otunu quru və ya təzə olaraq istifadə edə bilərsiniz.) 750 ml qaynamaqda olan suda 4 dəqiqə yüngül atəşdə qaynadın. Soyuduqdan sonra süzün. Əgər saçlarınız təmiz isə gicitkən otu suyu ilə yuyun. Yarım saat təsir etdirin. Daha sonra yalnız su ilə yuyub qurulayın. Əgər saçınız çirkli isə əvvəl şampun və ya sabunla yuyun. Daha sonra hazırladığınız gicitkən otu suyunu saçlarınıza yarım saat təsir etdirin və yalnız suyla yuyub qurudun. Bu tətbiq ilə saçlarınıza, canlılıq, parlaqlıq qazandırmış olarsınız. Eyni zamanda kəpəklənmənin də önləmiş olarsınız.



Saç tökülməsinin qarşısını almaq üçün maska:

1-rəndələnmiş soğan

2-Şirin qaşığı gənəgərçək yağı

2-Şirin qaşığı çörəkotu yağı

1 Çay qaşığı şam terebentin

Həftədə 1 gün saç diblərinə sürtüb, uzanır filmlə bağlayıb yarım saat qədər gözləyin. Yuyarkən arıdıb soyuğa yaxın ilıq suyla yuyun.



Evdə edilə biləcək saç kremi:

Öz saç kreminizi özünüz hazırlaya bilərsiniz. Saç kremləri saç baxımı üçün son dərəcə önemlidir. Xüsusilə saçları çox sərt olanlar və ya saçları tez qırılanlar bu maskanı təcrübə edə bilərlər. Etməsi və tətbiqi olduqca asan. Necə mı?

Lazımlı vəsaitlər:

1 çay qaşığı qoz yağı

2 çay qaşığı bibəriyə yağı

1 çay qaşığı kətan toxumu yağı

1 çay qaşığı pul bibər

1 yumurta sarısı



Hazırlanması və tətbiq şəkili:

Bütün vəsaitləri qarışdırılıb saç diblərinə masaj edərək sürülür.15 dq. gözlədin. Quruduqdan sonra şampun sürtülüb yuyulur.

Qeyd: Kiçik bir xatırlatmağı da etmədən keçməyək. Yağlı saçlara gicitkən toxumlu şampun quru saçlara aleoveralı şampun məsləhətdir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!