Üz maskaları

Üz maskaları
Saç və Dəri baxımı
10.09.2017 34
Üz üçün nəmləndirici maska


Tərkibi:
Yumurta sarısı + süd
 
Hazırlanması və tətbiqi:
Bir qabda yumurta sarısı və bir qaşıq südü qarışdırın.
Bu qarışığı üzünüzə çəkin, üzərini nazik bir parça ilə örtərək on beş dəqiqə gözləyin. Sonra kağız salfetlə təmizləyin.
Daha sonra ilıq və sonra da soyuq suyla üzünüzü yuyun.Xeyiri: Quru dəriniz varsa, bu maska sizin üçündür.
İçində olan yumurta sarısı dərinizi qidalandıracaq, süd nəmləndirəcək, yumşaqlıq verəcək və möhkəmləndirəcək.
 
Nə vaxt istifadə etməli:
Bu maskanı həftədə bir dəfə tətbiq etmək lazımdır.

Qara nöqtələr

Tərkibi:


Limon suyu

Qatıq



Hazırlanması və tətbiqi:

Bir kasa qatığa bir limonun suyunu qarışdırın.

Bu qarışığı gözlərinizin ətrafı istisna olmaqla üzünüzə çəkin və 15 dəqiqə gözləyin.

Üzünüzdə quruyan maskanı ilıq suyla yuyun.



Köməyi:

Limon suyu dərinizi dezinfeksiya edir, sızanaqları qurudur və qara nöqtələrin itməsinə kömək edir.

Qatıq isə dərini bəsləyər, nəmləndirər və yağ miqdarını tarazlayar.



Nə vaxt istifadə etməli:

Bu maska həftədə bir dəfə tətbiq oluna bilər.



Yağlı dərilər üçün

Tərkibi:

Bal

Süd

Limon suyu



Hazırlanması və tətbiqi:

Bir fincanın içində bir qaşıq balı, bir qaşıq limon suyunu maskanın tündlüyünü pozmayacaq miqdarda südlə qarışdırın. Qarışığı üzünüzə və boynunuza çəkin və azca quruyana qədər gözləyin.

Maskanı nəmli parça ilə silərək təmizləyin.



Köməyi:


Bal dərini yumşaldar və limon suyunda olan aktiv maddələrin daha yaxşı sorulmasını təmin edər.

Bu maddələr də dərinin yağ ifrazatını tarazlayar, sızanaqların qarşısını alar.



Nə vaxt istifadə edilməli:

Ehtiyaca görə 10 - 15 gündən bir təkrarlaya bilərsiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!