Sızanaqlardan xilas olmanın 3 effektiv üsulu

Sızanaqlardan xilas olmanın 3 effektiv üsulu
Saç və Dəri baxımı
10.09.2017 16
Xüsusilə gənclərin əsas kosmetik problemlərinə çevrilən sızanaqlar yaz-yay fəsil dəyişikliyi dönəmində "qarşısıalınmaz” problemə çevrilir. Lakin,böyük əksəriyyətimiz bilmirik ki, hamının mətbəxdə tapa biləcəyi adi qida məhsulları nəinki bu kimi xoşagəlməz "qonaqlar”ın gəlməsinin qarşısını alır, hətta onlarıdan sonra üz dərisində qalan çapıq ləkə izlərinin də formalaşmasının qarşısını alır. Sadə formada aşağıdakı deyilənlərə əməl etməklə siz kosmetoloqa müraciət etmədən ev şəraitində daha ucuza sızanaqlar və onların sonrakı fəsadlarından qorunmuş olarsınız.



1) Buz - Üzünüzü bir neçə gün davamlı olaraq gündə bir neçə dəfə olmaq şərtilə buz ilə "yuyun”. Tezliklə sizə qorxunc görsənən sızanaqların itdiyini müşahidə edəcəksiniz.



2) Limon - Cəmi bir ədəd limon sizi komplekssiz edəcək. İltihabi xəstəliyin əsas müalicə-profilaktika üsulu limon şirəsindən üz maskası hazırlamaqdır. Belə ki, limondan sıxılmış suya salınan tampon ilə üz silinir və şirə 10 dəqiqə sonra yuyulur. Əgər dəriniz hissiyatılıdırsa o zaman su-limon nisbətini yarı-yarıya hazırlamaq olar.



3) Soda - mətbəxdə tapa biləcəyiniz və sizin köməyinizə çata biləcək daha bir ucuz ərzaq məhsulu. Belə ki Sizə yalnız yarım xörək qaşığı soda və mineral su lazım olacaq. Su ilə soda pasta alınacaq şəkildə qarışdırılır. Nisbət gözəyarı təyin edilir. Sonra hazırlanmış pasta üzün "yaralı” nahiyyələrinə sürtülür və sızanaqlardan tam xilas olunana kimi gündə iki dəfə və hər dəfə 15 dəqiqə olmaqla tətbiq edilir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!