Saçlarda kəpəklənmənin qarşısını alan təbii vasitələr

Saçlarda kəpəklənmənin qarşısını alan təbii vasitələr
Saç və Dəri baxımı
10.09.2017 4
Budur evinizdə asanlıqla hazırlaya biləcəyiniz kəpəklənmə əleyhinə bitki mənşəli reseptlər.



• Saç dərisini saf kokos yağı ilə masaj edin. Bu eyni zamanda saçınızın sağlam bir şəkildə uzanmasına da köməkçi olar.



• Arpacık soğanları (kiçik soğanlar) ilə qaynatdığınız kokos yağını saçınıza sürtün.



• Qaynadılmış düyü suyu və  bir az noxudu tozu halına gətirib, qarışığı maska kimi saçınızın dibinə sürtün, 15-20 dəq. sonra ilıq su ilə yuyun.



• Bəktaşi üzümü (motmotu, və ya krujovnik) suyu və badam yağı qarışığını saç dərisinə tətbiq edin.



• Limon suyu, zeytun yağı və hindistan qozu (kokos) yağı ilə ilıq bir qarışıq hazırlayın. Bu qarışığın buxarında tutduğunuz dəsmalı, nəm halda 15 dəqiqə saçınızda sarıqlı gözlədin. Daha sonra saçınızı şampunla yuyun.



• Boyotu (Trigonella faenugraecum) və xardal ilə hazırlayacağınız pastanı saç dərisinə tətbiq edin.Sonra ilıq su və şampunla yuyun.



• Qaynadılmış düyü suyu ilə akasiya toxumu tozunu qarışdırın və saçınızı bununla yuyun.



• 5 ədəd Gülxətimi çiçəyinin (hibiscus) tac yaprağını əzin və suyunu alın. Bu su ilə saçınızı yuyun.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!