Üz dərisindəki parıltı üçün asan maska

Üz dərisindəki parıltı üçün asan maska
Saç və Dəri baxımı
10.09.2017 37
Üz dərisində yağlı parıltı görünür?

Yazda, həm qarışıq, həm də yağlı tipə sahib dərilər bu problemlə üzləşirlər.

Bütün bunlara avitaminoz, yağ disbalansının pozulması səbəb ola bilər.

Bunun üçün nə etməli?

Əlbəttə, təbii inqrediyentlərdən hazırlanan maska ilə dərini nəmləndirmək və qorumaq olar!

Bu gün sizə, yağlı parıltını aradan qaldırmaq üçün almalı-kartof maskasını təklif edirik.



İnqrediyentlər:

2 Çay qaşığı kartof püresi (qaynadılmış)

1 ədəd yumurta ağı

1  ədəd alma (orta ölçülü)



Hazırlanması və tətbiqi:

Almanı yu və sürtgəcin xırda gözündən keçir. Alınan kütləni kartof püresi ilə tam qarışdır. Yumurtanı yüngülcə çırp və alma-kartof qarışığı ilə birləşdir.

Prosedura başlamazdan əvvəl dərini təmizlə. Maskanı, göz ətrafını çıxmaq şərti ilə üzə çəkirik. 20 dəqiqə qaldıqdan sonra ilıq su ilə maskanı təmizləyirik.



Qeyd: Dərinin normal vəziyyətdə olmasını istəyirsənsə, maskalarla kifayətlənmə...

Yazda, sağlam qidalanaraq, təmiz havada çox olaraq dərini təravətləndirmək olar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!