Sızanaqların müalicəsi və qidalanma

Sızanaqların müalicəsi və qidalanma
Saç və Dəri baxımı
10.09.2017 81
Sızanaqlar yalnız yeniyetmələrin problemi deyil. Müxtəlif yaşda olan insanlar bu problemlə üzləşir.
Bir çox hallarda qidalanmaya müəyyən dəyişikliklər etdikdə sızanaqlardan daha asan və tez qurtulmaq mümkün olur.
Mütəxəssislər artıq çoxdan təsdiq
ediblər ki, qəbul etdiyimiz qida dərinin vəziyyətinə böyük təsir edir.
Bu səbəbdən insan düzgün qidalanmadıqda, hətta ən bahalı sızanqlar
əleyhinə olan krem və losyonlar lazım olan effekt vermir.
Beləliklə, sızanaqlardan qurtulmağın əsas şərtlərindən biri düzgün və
sağlam qidalanma, dərinin vəziyyətnə mənfi təsir edən qidaların
qidalanmadan çıxarılmasından ibarətdir. Bunu dedikdə kosmetoloqlar nəyi
nəzərdə tutur?
- İlk növbədə şəkər və müxtəlif şirniyyatlardan (müxtəlif konfetlər,
şokolad və s.) imtina etmək lazımdır. Onların əvəzinə bal, quru meyvələr
və s. kimi təbii şirniyyatları yemək olar. Təbii ki, belə
şirniyyatların qəbulunu da müəyyən dərəcədə məhdudlaşdırmaq lazımdır.
- Alqollu içkilərin qəbulu da sızanaqların əmələ gəlməsinə səbəb ola
bilər. Məsələ burasındadır ki, alkoqol qara ciyərin fəaliyyətinə çox
mənfi təsir edir. Nəticədə qara ciyər orqanizmdə olan ziyanlı
birləşmələri tam şəkildə zərərləşdirə bilmir və bu birləşmələr qanda
yığılaraq dərinin vəziyyətinə çox mənfi təsir edir.
- Yağlı qidalar (yağlı ət, toyuq, balıq), yağlı kremlərlə olan
tortlar, pirojnalar, marqarin və s. qidalanmadan qəti şəildə
çıxarılmalıdır ki, bu qidalar da dərinin vəziyyətini pisləşdirir.
- Qəhvənin qəbulu da dərinin vəziyyətini pisləşdirir. Bu səbəbdən sızanaqlara meyilli olan insanlar qəhvə qəbul etməməlidir.
- Zülalı çox olan qidalar da sızanaqların çoxalmasına səbəb olur. Bu
qidalar orqanizmdə steroid hormonların səviyyəsini artırır və bu
hormonların artması dəriyə mənfi təsir edir. Bu qrup məhsullara
qoz-fındıq, ət və süd məhsulları aiddir. Sızanaqlardan əziyyət çəkən
insanlar bu qidaların qəbulunu minimuma çatdırmalıdır. Təbii ki, dərinin
vəziyyəti yaxşılaşdıqdan sonra bu məhsulların həcmini qidalanmada
tədricən artırmaq olar.
- Sızanaqlardan qurtulmaq üçün qidalanmaya təzə meyvə-tərəvəz,
müxtəlif sıyıqlar (xüsusilə yulaf yarması), bitki yağları (zeytun,
qarğıdalı və s.) əlavə etmək lazımdır.
- Gün ərzində mütləq 1,5 l-dən az olmayaraq təmiz su içmək lazımdır.
Bu əsas şərtlərdən biridir. Su orqanizmi tək xaricdən deyil, daxildən də
təmizləyir – ziyanlı maddələr orqanizmdən daha asan çıxır.
- Xroniki qəbizlik sızanaqların əmələ gəlməsinin əsas səbəblərindən
biri sayılır. Bu səbəbdən qəbizliyə meyilli olan insan mütləq bu
problemi həll etməlidir.
 
Sağlam olun !скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!