Saçların canlı və gözəl olması üçün bunlara diqqət edin

Saçların canlı və gözəl olması üçün bunlara diqqət edin
Saç və Dəri baxımı
10.09.2017 48
Qədimdə saç həm təmizlik, həm də paklıq nümunəsi kimi əhəmiyyət kəsb
edirdi. Çağdaş dövr isə qadınlara müxtəlif şəkildə saç düzülüşünə malik
olmağa imkan verir.

Məlumata görə saçlar daha çox yay aylarında
qulluğu sevir. Bu baxımdan saçları günəşdən, duzdan, qumdan və xlordan
qorumaq lazımdır. Həmçinin saç üçün hazırlanmış xüsusi qoruyucu
məhsullardan (UV filtrli qoruyucu və s.) istifadə etmək məsləhətdir.

Saçlara
qulluq üçün onları yumaq da lazımdır. Saç yumaq, əslində, elə çətin bir
proses deyil. Lakin bu zaman hər şeyə nəzarət etmək lazımdır.

Saça düzgün qulluğun sadə vasitələrini aşağıdakı kimi təsnifləşdirmək olar:

* saçı çox isti su ilə yumayın:

* qaynar fendən istifadə etməyin, ən yaxşısı isə saçın öz-özünə qurumasına imkan verin:

* hər gün saçlarınızın dibini masaj edin. Bunu əlinizlə etməyə tənbəllik edirsinizsə, şotka-daraqlardan istifadə edin:

* saçı yuduqdan sonra bir neçə dəqiqə dəsmalla qurulayın:

*
saçlarınızı gündə bir neçə dəfə müxtəlif istiqamətlərdə darayın, bu
saçları daha elastik və parlaq edəcək. Ən yaxşısı taxta daraqlardan
istifadə etməkdir:

* saçınızı ancaq sizin tipinizə uyğun olan şampunla yuyun:

* saçınızda tağ ayırırsınızsa, onun yerini tez-tez dəyişin ki, həmin yerdə saçlar tökülərək, keçəllik əmələ gətirməsin:

* saçınızın qırıq, haçalanmış uclarının uzanmasına imkan verməyin:

* unutmayın ki, kimyəvi maddələrin təsirindən 5-6 ay sonra saçlar "süpürgə" şəklini alır.

Saçları yumaq üçün istifadə etdiyiniz vasitənin tərkibində yumşaldıcı olmasına nəzarət edin.

Şampun seçimi də önəmlidir. Bu zaman mütləq saçınızın tipini dəqiqləşdirin.

Əgər saçlarınızı tez-tez yumanıza baxmayaraq, onlar sürətlə yağlanırsa, deməli, siz yağlı saçlar üçün olan şampun almalısınız.

Yox, əgər saçlarınız quru, solğun, ucları haçalı və tez dolaşandırsa, quru və zədələnmiş saçlar üçün şampun almalısınız.

Bu cür şampunlar həm də kimyəvi maddələrdən və boyamadan sonra xarab olmuş saçlara da məsləhət görülür.

Saç düzümünü seçmək isə sizin öz zövqünüzdən asılıdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!