2 həftəyə kipriklərimizi uzadaq

2 həftəyə kipriklərimizi uzadaq
Saç və Dəri baxımı
10.09.2017 8
Gözəlliyimizin ən mühüm göstəricilərindən biri də uzun kirpiklərdir.

Kirpiklərinizin uzanması üçün faydalı və effektli üsulları təqdim edirik.



Lazım olanlar:

2 xörək qaşığı gənəgərçək yağı

2 xörək qaşığı Aloe Vera Gel ( Əgər bu gel evinizdə yoxdursa, aloe vera bitkisindən də bu geli əldə edə bilərsiniz)

Qarışdırmaq üçün vasitə

Bitmiş maskara qabı və ya başqa bir kiçik qab

Pambıqlı çubuq



Gənəgərçək yağı tərkibindəki yağ turşuları və E vitamin ilə kirpiklərinizin sürətlə böyüməsinə yol açar. Aloe vera isə onların tökülməsinin qarşısını alar və gücləndirər. Bu qarışığı hər gün tətbiq etsəniz, 2-4 həftə içərisində nəticənin göz qabağında olduğunu görəcəksiniz.



Hazırlanması və tətbiqi:

Aloe vera gel və gənəgərçək yağını qarışdırın. İstifadə etmədiyiniz boş maskara şüşəsinə və yaxud da kiçik bir qaba qoyun. Hər gecə yatmazdan öncə kirpik diblərinə pambıqlı çubuğun köməyi ilə tətbiq edin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!