Əsl BB krem nədir?

Əsl BB krem nədir?
Saç və Dəri baxımı
10.09.2017 7
Son zamanlar populyar olan BB kremlər bir çoxlarının diqqətini cəlb edib.

Belə ki, bir çox reklam rolikləri bu kremlərin qadınlarda olan bütün dəri problemlərinin həll edəcək vasitə kimi təqdim edirlər. Bəs əsl BB krem nədir? Bu reklamlara inanmaq düzgündür ya yox? Bunun üçün tarixə nəzər salaq.

İlk dəfə BB krem alman alimləri tərəfindən dərini  tez sağaldan və maskalalanan(üstünü örtən) bir vasitə kimi  yaradılmışdır. İlk olarq kremlər əsasən plastik cərrahiyyə pasientləri, bədbəxt hadisə zamanı yara və yanıqlar almış aktyorlar üçün nəzərdə tutulurdu. Tərcümədə də həmçinin bu krem  Blemish Balm və ya Blemish Base hərfi olaraq ləkələrin maskalanması(örtülməsi) və tonun hamarlaşması kimi məna verir. Müalicəvi xarakter daşıyan bu kremin  kremin çox xeyirli və bərpaedici xüsusiyyətləri danilmazdır.



Belə ki bu krem:

- Dərin nəmləndirilməsi kimi  xüsusiyyətə malik olduğuna görə,onu bir çox hallarda makiyaj üçün özül(əsas) kimi istifadə etməyə imkan verir



- Dərinin bərabə rolmayan  tonlarını tam olaraq bərabərləşdirir



- Günəşdən qoruyur. BB kremlərin SPF faktoru adətən 20-40 qədər olur.



- Cavanlaşma effekti veirir, dərini ağardır.



- Sızanaqların müalicəsi və qırışların yaranmasını zəiflədir.



Bir çox xanımlar BB kremin tonal krem və nəmləndiric kremin hibridi olduğunu düşünürlər. Lakin, bu yalnış fikirdir, belə ki, BB kremin prinsipi, tonal kremlərin əsas prinisipindən çox fərqlidir. Əsl BB krem dəridə maska hissi yaratmır və tam olaraq dəriyə hopur, günəş şüalarının sınma qabiliyyəti və əks etdirilməisni tənzimləyərək, dəriyə təbii   və sağlam görkəm bəxş edir.

Həmçinin unutmayın ki, BB kremlərin dəriniziə yalnız müsbət təsir göstərməsini  istəyirsinizsə, onun tam olaraq dəriyə hopduğunu nəzərə alaraq, hər gün mütləq olaraq dərinizi təmizləməyiniz məsləhət görülür. Əks halda dəridə olan məsamələr qapanaraq sizə yeni problelər yarada  bilərlər...

Ad çəkmək istəmədiyimizdən yalnız onu deyə bilərik ki, bu növ kremlərə üz tutduqda çalışıb keyfiyyətli və müalicəvi markalara müraciət etməyiniz daha məsləhətlidir...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!