Üzün ingilissayağı təmizlənməsi - Resept

Üzün ingilissayağı təmizlənməsi - Resept
Saç və Dəri baxımı
10.09.2017 23
Təmizlənmə 4 mərhələdən ibarətdir. Onların hər birində müəyyən komponentlərin istifadəsi nəzərdə tutulub.Qadınlar.biz xarici mətbuata istinadən xəbər verir ki, bu proseduranı həyata keçirərkən ardıcıllığa riayət edilməsi vacibdir:
1. Bir xörək qaşığı yulaf ununu 1 çay qaşığı bitki yağı ilə qarışdırın.
2. Bir xörək qaşığı balı 1 çay qaşığı alma şirəsi ilə qarışdırın.
3. 1/2 stəkan turş kefiri 1/2 çay qaşığı limon şirəsi ilə qarışdırın.
4. Mineral su ilə doldurulmuş pulverizator
Tətbiqi:
1.Üç dəqiqə ərzində yağlı-yulaflı kütləni pambıqla dərinizə masaj edərək sürtün. Sonra 5-7 dəqiqə gözləyin.
2. Ballı-şirəli məhlulu üzünüzə çəkin, 5-7 dəqiqə gözləyin.
3. Üzünüzü yumadan kefirli məhlulu çəkin.
4. Üzünüzü təmiz su ilə yuyub. Mineral suyu pulverizatorla üzünüzə çiləyin və ya tənzifi suya batırıb 2-3 dəqiqə üzünüzdə saxlayın.
Belə təmizləmə sayəsində dərinin buynuz qatı qismən çıxarılır ki, nəticədə dəri ölü hüceyrələrdən təmizlənir. Beləliklə, yenilənən dəri cavanlaşmış və təravətli  görünür. Proseduranı hamamda aparmaq daha məqsədəuyğundur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!