Dərini qocaldan qidalar

Dərini qocaldan qidalar
Saç və Dəri baxımı
10.09.2017 30
Qidaların sağlamlığımıza  təsiri müzakirə olunmaz bir həqiqətdir.  Bəzi qidalar dərimizi yaxşılaşdırır, bir qrup qida isə əksinə onu solğunlaşdırır, elastikliyini və canlılığını itirir. Süd, badam, duzsuz fındıq dərini  bəsləyir. Gözəl və hamar dəri naminə quru üzüm, bal, simit, çips, partlamış qarğıdalı, qızarmış toyuqdan uzaq durmaq lazımdır.



1960-cı illərdən bəri süd istehlakı ilə dəri sağlamlığı arasında əlaqəni müəyyən etmək üçün araşdırmalar aparılır. Bu araşdırmaların əksəri südün ən az dərman qədər dərinin müalicəsində əhəmiyyətli olduğunu üzə çıxardıb. Lakin 2010-cu ildə aparılan bir araşdırma süd istehlakı ilə dəridəki iltihablı sızanaqlar arasında konkret əlaqəni üzə çıxarmasa da, tədqiqatlar yağsız südün istifadəsinin daha məqbul olduğu qənaətinə gəlmişdilər.  Odur ki, sızanaqdan əziyyət çəkənlər bununla bağlı dermatoloqlardan yardım istəməlidirlər.



Ara yeməklər  də dəriyə zərər verə bilir. Xüsusilə, qlisemik indeksi yüksək olan qidaların başında  kişmiş, bal, simit, çipsi, makaron kimi qidalar gəlir. Çünki bu qidalar insulin səviyyəsində pozğunluqlar meydana gətirə bilir.  Bu qidalardan imtina edilməsi dəri sağlamlığı və arıqlamaq üçün çox əhəmiyyətlidir. Sadə karbohidratları və yüksək qlisemik indeksli qidaları qatıq, süd kimi məhsullarla birlikdə yemək uyğundur.



Yüksək temperaturda bişirilən ətlərdə yağ və zülal arasında  kimyəvi reaksiya əmələ gəlir. Yaşlandıqca bu ərzaqların dəriyə mənfi təsiri daha da güclənir, qırışların yaranması sürətlənir. Çipsi, partlamış qarğıdalı, kreker və bu qəbildən olan qidalar suyu orqanizmdə saxlayır. Göz altında şişkinliklər yaradır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!