Ayaq qoxusundan necə qurtulmalı?

Ayaq qoxusundan necə qurtulmalı?
Saç və Dəri baxımı
10.09.2017 10
Olduqca utandırıcı bir sıxıntıya çevrilən ayaq qoxusu bir çoxlarının, əsasən də kişilərin kabusuna çevrilib. Ayaqlarından tez-tez kəskin qoxu gəldiyindən ayaqqabılarını belə çıxarmaq istəməyənlər dərd çəkməsin. Bunun həlli məqalədə.



1. Karbonat

Mətbəxdə işlətdiyiniz soda (karbonat) ayaq qoxusuna qarşı təsirlidir. Corabı geyinmədən öncə içinə soda tökə bilərsiniz. Yaxud corablarınızı çxartdıqdan sonra suya 1 paket karbonat əlavə edib ayaqlarınızı o suda 15 dəqiqə saxlayın.



2. Lavanda yağı

Lavanda gözəl qoxuya malik olmaqla yanaşı bakteriyaları da yox edir. 1-2 damcı lavanda yağını corablarınıza damcılada bilərsiniz. Bir neçə gün ərzində gündə 2 dəfə bunu təkrarlayın.



3. Maqnezium duzu

Maqnezium duzu ayaq qoxusunun qarşısını almaqda təsirlidir. İlıq suya 2 qaşıq maqnezium duzu əlavə edib ayaqlarınızı həmin suda 15-20 dəqiqə saxlayın. Yatmadan öncə etsəniz, daha yaxşı olar.



4.  Çay

Çayın tərkibində bakteriyaları öldürən maddələr var. Tərləmənin də qarşısını alan təsirə malikdir. 2 paket çayı 3 stəkan suda qaynadın. İçinə bir az soyuq su əlavə edib ayaqlarınızı həmin suda 15 -20 dəqiqə saxlayın.



5. Sirkə

Ayaq qoxusuna qarşı alma sirkəsindən başqa digər sirkələrdən istifadə edə bilərsiniz. İsti su və sirkəni qarışdıraraq ayaqlarınızı 15-20 dəqiqə bu suda saxlayın. Sirkə qoxusunun getsin deyə sonra ayaqlarınızı sabunla yaxşı yuyun.



6. Zəncəfil

Zəncəfilin kökündən püre hazırlayıb 1 stəkan isti suda 15-20 dəqiqə saxlayın. Daha sonra süzüb bu mayeylə ayaqlarınıza masaj edin. 2 həftə boyunca hər gün təkrarlayın.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!