Saçlar üçün ən faydalı qidalar

Saçlar üçün ən faydalı qidalar
Saç və Dəri baxımı
10.09.2017 19
Sağlam və parıltılı saçlara sahib olmaq üçün həm xaricdən, həm də daxilən onlara xüsusi qulluq göstərməlisiniz. Saçlara faydalı olan hər bir qida onların daha parıltılı və sağlam olmasına xidmət edir.



Pomidor: Tərkibində bol miqdarda C vitamini olan pomidor saçların inkişaf etməsində əsas rol oynayan kollagenin yaranmasında böyük rol oynayır. Pomidoru pürə halına gətirirək saçlara maska kimi də çəkə bilərsiniz.



Qoz: E vitamini və Omega3-lə zəngindir. Qoz saçları qidalandırıb daha tez uzanmasına şərait yaradır. Həmçinin saç tellərinin qalınlaşmasına yardım edir.



Kivi: Sağlam saçlara sahib olmaq istəyirsinizsə, kivi yeyin. Çünki kivinin tərkibində saçları gücləndirən C vitamini var. C vitamini dəri sağlamlığının da qeydinə qalır.



Yerkökü: B və A vitamini sayəsində saçları qoruyur. Saçlara parıltı bəxş edib onları kökündən gücləndirir.



Yumurta: Gündəlik protein ehtiyacını gün ərzində yumurta ilə ödəmək lazımdır. Eyni zamanda saçın diblərini möhkəmləndirir.



Yaşıl noxud: Əgər saçlarınız tökülürsə, yaşıl noxuda üstünlük verin. Çünki tərkibindəki bol miqdarda B vitamini sayəsində saçların uzanmasını sürətləndirir, saçın diblərinin nəfəs almasına şərait yaradır.



İspanaq: Saç dərisinin sağlamlığını qoruyur. Kəpək və göbələk kimi problemlərin yaranmasına mane olur.



Brokoli: Bu möcüzəli tərəvəzin salatını hazırlaya bilərsiniz. B1 və C vitamini ilə zəngindir. Uzun saçlı xanımlar saçlarını onun sayəsində qoruya bilərlər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!