Dümdüz qarına necə sahib olmaq olar?

Dümdüz qarına necə sahib olmaq olar?
Saç və Dəri baxımı
10.09.2017 28
Düz qarına sahib olmaq üçün ilk öncə qızartma yeməklərdə zeytun yağı kimi təbii yağdan istifadə etmək lazımdır. Düz qarına sahib olmaq hər kəsin arzusudur. Təbii ki bunun üçün idman etmək lazımdır. Ancaq sizə verəcəyimiz məsləhətlərlə qısa zamanda düz qarına sahib ola bilərsiniz.



Bir ovuc dəniz duzu və 10 ml. limon yağını qarışdıraraq əldə etdiyiniz qarışıqla saat əqrəbi istiqamətində yuvarlaq hərəkətlərlə qarnınıza masaj edin. Bunu xüsusilə səhər saatlarında duş qəbul etdiyiniz zaman tətbiq edin.



Yağ təbəqəsinə görə qarın hissəsində qan dövranı yavaşlayır. Qan dövranını gücləndirmək üçün buzdan istifadə edə bilərsiniz. Yatmadan öncə bezin içərisinə qoyduğunuz buzları qarın bölgənizdə gəzdirin.



Səhərlər meyvə və ya bitki çayı için. Çay həzminizi asanlaşdıracaq. Bu qarnınızın düzləşməsi üçün önəmlidir.



Qarnınızın şişməsinə çox zaman yediklərimiz səbəb olur. Buna mane olmaq üçün düyü, kek kimi unlu qidalarla, ət məhsullarından qaçmaq lazımdır. Çünki bu tip qidalar bədəndə, xüsusilə də qarın bölgəsində su tutulmasına səbəb olur. Bunların əvəzinə pomidor, bibər, qarğıdalı, ispanaq kimi təzə tərəvəzlərə üstünlük verin.



Ət, balıq, makaron və plovu bitkilər əlavə edərək yeyin. Xüsusilə dərəotu, cəfəri, reyhan, dəfnə kimi bitkilər mədə-bağırsaq sistemini rahatlandırır.



Ürəyiniz şirniyyat istəyirsə saqqız çeynəyin. Ancaq sağlamlığınız və dişlərinizi də düşünərək dadsiz olanlara üstünlük verin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!