Həcmsiz saç problemlərinin həlli

Həcmsiz saç problemlərinin həlli
Saç və Dəri baxımı
10.09.2017 12
Bəzi qadınlar saçlarının davamlı elektriklənməsindən şikayətlənirlər. Bəzən bu vəziyyət elə bir hala gələr ki, aynaya belə baxdığınızda sizi sanki elektrik vurduğunu düşünə bilərsiniz. Bu bir az şişirdilmiş bir bənzətmə oldu Ancaq saçlarında elektriklənmə problemi yaşayan qadın sayı heç də az deyil.



Əslində problemə bir az diqqətlə yaxınlaşdığınızda həcmsiz və elektriklənmiş saç məsələsindən rahatlıqla xilas olmanız mümkündür. Üstəlik bu iş sandığınızdan daha asandır.



Həcmsiz saçların səbəbi

İncə telli saçlar genetikdir. Ekspertlər, doğru məhsulların bir arada istifadə edildiyində həcm qatdığını, lakin səhv kombinasiyaların saçı daha da sönük göstərdiyini söyləyir.



Etiketləri oxuyun.

Məhsulların məzmun siyahısında "polyquaternium" maddəsinin olub-olmadığına baxın. Bu yüngül polimerler incə saç telini qalınlaşdırır. Hamarlaşdırıcı və düzləşdirici məhsullardan isə uzaq durun.



Yüngülcə nəmləndirin

Qarışan saçları açmaq üçün yalnız qulaq xəttindən uclara qədər saç kremi tətbiq edin. Düyünləri açmaq üçün, duşa girmədən əvvəl saçlarınızı daramanız məsləhətlidir.



Ekspertlər dolğunluq üçün saç köpüyünün mütləq lazım olduğu mövzusunda həm fikirdirlər. Qolf topu böyüklüyündə bir miqdar köpüyü, saç hələ nəmliykən köklərinə tətbiq edin və ardından uclara qədər darayın.



Dalğalar yaradın

Feni orta istiliyə nizamlayaraq, başınızı önə əyin və saçınızı qurudun. Sonra saçınızı geriyə doğru atın və bir fırça köməyiylə yalnız ucları düzəldin. Həcm qazandırmaq üçün saçı üfüqi bir şəkildə incə hissələrə ayırın və orta qalınlıqda bir maşaya dolayın.



Saçlarda elektriklənmənin səbəbi

Saç, havadakı nəmi həbs etdiyi zaman elektriklənər.Belə ki,əgər saç telinin xarici səthi nahamardırsa bu zaman su molekulları içəri sızaraq korteksi genişlədir və saçda elektriklənmə yaranır.



Nəmləndirin

Duşda saçınızın kifayət qədər nəm qazanmasını təmin etsəniz, gün boyu havadakı nəmi əmməsinə mane olarsınız. Doğru şampun və saç kremi istifadə edərək, saçı ağırlaşdırmadan həcmli və qabaran saçları hamarlaşdıra bilərsiniz.



Tamamilə qurudun

Saçınızı,tük uclarında kiçik topları olan bir saç fırçasıyla qurudun. Bunlar istiliyi əmərək saçı daha sürətli düzləşdirər. Nəmli saç elektriklənməyə daha çox meyllidir. Qurutma əməliyyatını lazımından daha erkən bitirməyin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!