Hər zaman istifadə edə biləcəyiniz universal saç maskası

Hər zaman istifadə edə biləcəyiniz universal saç maskası
Saç və Dəri baxımı
10.09.2017 21
Maskanın resepti çox sadədir: xına, qatıq, yumurta sarısı.

Xına: Xınanın müalicə xüsusiyyətləri bütün dünyaya çoxdan məlumdur. O antiseptik, bərkidən, bərpa edən təsirə malikdir. Saçların tökülməsinin qarşısını alır, saçların soğanaqlarını bərkidir. Həmçinin kəpəkdən qurtulmaq üçün çox gözəl vasitədir. O saçları daha sərt, həcmli, hamar, parlaq edir, və təbii boyayır.
 
 
Qatıq: Bu təmiz proteindir, başqa sözlə zülal, o saçları bərkidir, qidalandırır, onların həyat gücüylə doldurur, hamar və parlaq edir. Siz zərər görmüş saçlarınızı bərpa etmək istəyirsinizsə onları qatıq ilə qidalandırın!
 
 
Yumurta sarısı: Yumurta sarısı — vitaminlər və qidalı maddələr ehtiyatıdır. O, küllü miqdarda kalsium, dəmir, manqan, sink, A qrupunun vitaminləri, E, vitaminin zərbə dozasını və fosfor təşkil edir.
 
 Hazırlanması və tətbiqi:

Əvvəlcə təbii xınanın 1 paketini götürürük, onu dərin boşqaba boşaldırıq, ora yumurta sarısını əlavə edirik, masaya və ya ilıq suya yumurtanı qoyuruq ki, yumurta sarısı ilıq olsun, soyuducudan soyuq olmayan ilıq qatığı (soyuqdusa qatıqla stəkanı isti suya və ya iki saniyə mikrodalğalı sobaya qoyuruq) 2/3 stəkanını əlavə edirik, hamısını çəngəllə diqqətlə qarışdırırıq. İlıq və çox bərk olmayan qarışıq alınacaq. Əgər qarışıq çox qatı alındısa (qatığın müxtəlif piyliliyinə görə olur, ev qatığı və ya yüksək yağlılığına görə) bir az isti su (məsələn 2-4 xörək qaşığı) tökmək lazımdır.



Saçların rəngləməsi üçün köhnə futbolkanı geyinirik, əvvəlcə maskanı saçların köklərinə qoyuruq başın dərisini yaxşı masaj edirik, sonra qalan kütləni bütün saçlara bölürük, saçları dəsmalla bürüyürük .



Maskanı minimum 1 saat saxlamaq lazımdır — maksimum isə nə qədər istəyirsiniz.

Maskanı əvvəlcə isti suyla yuyub təmizləyirik ( qaynar suyla yusanız saçınızdan qatıq və yumurta sarısını yuya bilməyəcəksiniz), daha sonra həmişəki kimi saçları şampunla (yaxşı olar ki 2 dəfə) və balzamla yuyun.



Maskanı həftədə 1 dəfə etmək lazımdır, nəticə 3-4 dəfədən sonra görülür. Saçlarınız çox tökülürsə həftədə 2 dəfə istifadə edin. 5-6 dəfədən sonra saçlarınızın tökülməsi tamamilə dayanacaq.



Nəticə:

Sıx, parlaq, hamar saçlar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!