Uzun saçların 7 sirri

Uzun saçların 7 sirri
Saç və Dəri baxımı
10.09.2017 13
Hansı birimiz, çiynimizdən tökülən sağlam saçlar arzulamır ki...Belə saçlara sahib olmaq üçün sizə verdiyimiz məsləhətlərə əməl edin.

 

Qidaya diqqət

Sağlam qida, saçlarınız üçün çox əhəmiyyətlidir. Saç hüceyrələrində bərpa rolunu oynayan  proteindir. Ət, süd məhsulları, soya və qoz-fındıq, yalnız əzələləri gücləndirməklə kifayətlənmir, həm də saçların sürətli inkişafına kömək edir.

 

Su, su!

Bədəndə kifayət qədər suyun olmaması, orqanizmdə, maddələr mübadiləsini zəiflədir.Bədənin normal işləməsi üçün siz, gündəlik 6-8 st təmiz su içməlisiniz. Ancaq bundan sonra saçlarınız parlaq və güclü ola bilər...

 

Saç qıranlardan azad olmaq

Saçlarınızı, müntəzəm olaraq uçlarından vurdurun. Belə olduğu təqdirdə saçlarınızda heç bir saçqıran olmayacaq.

Saçlarınız bərabər uzanacaq. Unutmayın, nə qədər keyfiyyətli şampun olsa da, bu problemi yalnız saç ustası həll edə bilər.

 

Saçların yuyulması

Dərimiz kimi saçların da qoruyucu təbəqəsi olur.Həddindən artıq saçların yuyulması,bu təbəqənin zəifləməsinə gətirib çıxarır. Həftədə, 2-3 dəfədən artıq saçları yumaq olmaz. Əks halda, saçlarınız solğun və cansız görünəcək.

 

Qidalandırıcı maskalar

Dərimiz kimi saçlarımızı da qidalandırmağı unutmamalıyıq. Qidalandırıcılar saçların sağlam görünməsini təmin edir.

 

Düzgün darama

Saçlarımızı darayarkən çox diqqətli olmalıyıq. Nəm halda saçları əsla daramaq olmaz. Bu saçların zədələnməsinə gətirib çıxarır.Saçları, kökdən uca doğru yox, ucundan kiçik hissələri daramaqla kökə çataraq daramaq lazımdır. Belə olduğu halda saçlar çox zədələnmir.

 

Saç cihazları

Saçlarınızın sağlamlığı üçün fendən, düzləşdiricidən və s. uzaq durmaq lazımdır. Bunlar, yalnız saça zərər verə bilər. Bu səbəbdən lazım olmadıqca, bu alətlərdən istifadə etməyin. Ağır saç düzümlərinə üstünlük verməyin.

 

Bütün sadalanan bəndlərə əməl olunsa, nəticəni tezliklə görəcəyinizdən əmin ola bilərsiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!