Gözəl və cəlbedici saçlara necə sahib olmalı?

Gözəl və cəlbedici saçlara necə sahib olmalı?
Saç və Dəri baxımı
10.09.2017 9
Saçlarınızın tökülməsinin qarşısını almaq üçün tebii gicitkəni suda qaynadib saçlarınızı yuyursunuz.  

 

Saçlarınızın diblərini möhkəmlətmək üçün yumurtanin sarısı ilə gənəgərçək yagını qarışdırıb saçlarınızın dibinə çəkib minimum 6 saatdan sonra yumaq lazımdır. Bu maskanı saclarınıza 3 ay müddətinə həftədə 2 dəfə olmaq şərti ilə etsəniz istədiyiniz nəticəni əldə edə bilərsiniz. Belə ki saçlarınız əvvəlkindən daha canlı daha parlaq gorsənəcək. Və ən əsası saçlarınız daha qalın və saçqıransız olacaq. İstifadə etdiyim və nəticəsini gördüyüm reseptdir. Məsləhət görərdim.



Su ilə qarışdırılmış limon suyu və ya sirkə də saçlarınızın parlaq və həcmli görünməsinə kömək edər.



Saçlarınız əgər codlaşibsa saç boyalarının nəticəsində baxımsız hala gəlibsə xına da saçları əvvəlki halına döndərməkdə kömək edəcək.



Daha canlı saç üçün şampununuz her defe bitdikdən sonra fərqli şampuna müraciət edin.

 

Quru və normal saçlar üçün maskalar

 

Çörək maskası

- Qara çörəyin içini 2 saatlıq qaynar suda islat. Alınmış horranı saçlarının dibinə sürt və 1 saat gözlə. Sonra isə saçları axar suyun altında yu.



Bal maskası

- 1 xörək qaşığı bal, 1 xörək qaşığı aloye şirəsi və 1 ədəd yumurtanın sarısını qarışdır. Alınmış qarışığı saçlarna sürt və 20 dəqiqə gözlə. Sonra saçlarını şampunla yu.



Yumurta: 2 ədəd yumurtanı çal, saçlarını ilıq (isti yox) su ilə islat və qarışığı sürt. 5-7 dəqiqədən sonra saçlarını şampunla yu.

Nəticə: Saçlar daha yumşaq və parlaq olur.

 

Araq: saçlara valehedici parıltı bəxş edir. Arağı şampunla eyni proporsiyada götür və saçlarını yu.

 

Yoğurt/kefir/qatıq

Yağlı saçlar üçün xeyirlidir, saçdakı kəpəyi aradan götürür. Yuxarıda göstərilənlərdən birini bir neçə saatlıq saça sürt. Sonra isə şampunla yu.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!