Xiyarlı maskalar

Xiyarlı maskalar
Saç və Dəri baxımı
10.09.2017 20
Ləkəli dərilər üçün:

2 ədəd xiyarı soyub rəndələyin, daha sonra 1 yemək qaşığı qatığı xiyarla qarışdırın.  15 dəqiqə üzünüzdə saxladıqdan sonra ilıq suyla yuyun. Ardından nəmləndirici krem sürtün. Həftədə 2 dəfə tətbiq edə bilərsiniz.

 

Dəri rəngini açmaq üçün:

1 ədəd  xiyarı rəndələdikdən sonra üzərinə 1 ədəd yumurta sarısını, 2 çay qaşığı susam yağı, 2 çay qaşığı alma sirkəsini əlavə edib qarışdırın. Üzünüzdə 30 dəqiqə saxladıqdan sonra ilıq suyla təmizləyə bilərsiniz.

 

Yağlı dərilər üçün:

2 çay qaşığı xiyar suyu, 1 ədəd yumurta ağı, 2 damcı limon, yarım çay qaşığı gili bir qabda qarışdırın. Dərinizə sürtün. Göz və ətrafına dəyməsin. Həftədə  2 dəfə tətbiq edin.

 

Qırışlar üçün:

Bir kasa içində 1 ədəd xiyarı  soyduqdan sonra əzin, içərisinə 1 ya 2 xörək qaşığı süd əlavə edib bir az da əzin. Qatı hala gəldikdən sonra dərinizə sürtün. 15-20 dəqiqə saxladıqdan sonra ilıq suyla yuyun.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!