Saç rəngini açmağın təbii üsulları

Saç rəngini açmağın təbii üsulları
Saç və Dəri baxımı
10.09.2017 39
Özünü başdan yaratmaq istəyən hər bir xanım ilk olaraq saçlarına əl atır. Saçlarınızın rəngini kimyəvi maddələrlə dəyişdirib canlılıq və parlaqlığını korlamaqdansa təbii yollardan istifadə edə bilərsiniz.
 
Çobanyastığı xüsusilə solğun sarı saçlar üçün təsirlidir. Saç uclarını həftədə 1 dəfə çobanyastığı çayı ilə yumaq saçlarınıza parlaqlıq verəcək. 1-2 fincan çobanyastığı çiçəyini 6 stəkan suya əlavə edib yarım saat dəmləyin. Dəmləmdikdən sonra azca nəmləndirdiyiniz saçlarınıza tökün. Yarım saat saxladıqdan sonra bol suyla yuya bilərsiniz.
 
Balın tərkibindəki hidrogen peroksid saçın rəngini təbii yolla açmağa kömək edər. 1-2 fincan saç kreminin içərisinə 3, ya 4 fincan bal əlavə edin. Nəmli saça bu qarışımı sürtüb plastik saç əşyasıyla bağlayın və 8 saat saxladıqdan sonra yuyun.
 
Limon da saç rəngini açır və daha parlaq, canlı saçlara sahib olmanıza kömək edər. Yaxşı nəticə əldə etmək üçün yenicə sıxılmış limon suyundan istifadə edin. Limon suyu və suyu qarışdırın. Sprey şüşəsinə töküb saçınıza sıxın. Bunu ən çox günəşli havalarda edin, çünki limonun öz təsirini göstərməsi üçün istilik vacibdir. Bundan sonra saça qulluq etməyi də unutmayın.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!