Praktik gözəllik maskaları

Praktik gözəllik maskaları
Saç və Dəri baxımı
10.09.2017 34
Gizli "sızanaq yox edici"
Vəsaitlər: Bir paket quru maya və su.
Maskanın hazırlanması: Mayanı bir qaba qoyun və üzərinə damla - damla su əlavə edin. Bunu edərkən hər damlanın ardından çox yaxşı qarışdırmağa diqqət edin. Orta sıxlıqda bir məcun konsistensiyasına çatdığında hazır olmuş deməkdir.
Maskanın tətbiqi: Hazırladığınız bu qarışığı partlamış ya da partlamaq üzrə olan sızanaqlarınıza nöqtə-nöqtə çəkin. İstər üzünüz, istəsəniz də bədəniniz üçün istifadə edə biləcəyiniz bu qarışıq 30 saniyədə quruyacağı üçün rahatlıqla yatağınıza girib maskanızla yata bilərsiniz.
Nəticə: Maya bakteriyaları öldürdüyündən sivilcələri sə yox etmə gücünə malikdir. Beləcə illərdir döyüşdüyünüz sızanaqlarınızdan asanlıqla xilas ola bilərsiniz.
Kremli yaşıl çay maskası
Vəsaitlər: 1 ədədpaket yaşıl çay, 2 yemək qaşığı  krem, bir ədəd yumurta sarısı, 1 çay qaşığı zeytunyağı, 1 çay qaşığı bal.

Maskanın hazırlanması:
Bir stəkanın dördə biri qədər suyun içərisində paket yaşıl çayı, 1 yemək qaşığı su qalana qədər qaynadın. Və bunu soyuducunda 15 dəqiqə qədər soyumağa buraxın. Bu sırada digər bütün vəsaitləri 30-60 saniyə qədər çırpın. 15 dəqiqə sonra, soyumuş suyu bu qarışığa əlavə edin.

Maskanın tətbiqi
: Hazırladığınız qarışığı, əvvəldən təmizlənmiş və peeling tətbiq olunmuş dərinizə çəkin. Maskanı 15 dəqiqə üzünüzdə gözlədin. Bu çox yumşaq bir maska olduğundan qurumayacaq. İfadə edilən müddətin ardından ilıq suyla üzünüzü yaxşıca yuduqdan sonra tonik və nəmləndirici ilə dəri baxımınızı tamamlayın.
Nəticə: Bu vəsaitləri istifadə etdikdən sonra dəriniz bir daha əvvəlki kimi olmayacaq. Artıq daha canlı və daha parlaq bir dərinin dadını çıxarmağa hazır olun. Yaşıl çayın antioksidan təsiri, kremin zəngin yağı və zülal tərkibi ilə həssas dəriniz ipək bir görünüş qazanacaq.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!