Sızanaqlar üçün maska

Sızanaqlar üçün maska
Saç və Dəri baxımı
10.09.2017 36
Əvvəlcə ehtiyacımız olan vəsait alma sirkəsi
Alma sirkəsinin içində alfa turşuları və amin turşuları olur. Bu birləşmələrin , dərinizdəki yağ artıqlarını və ölü dərini dəriyə zərər vermədən yüngülcə soyar . Alma sirkəsi , dərinizdəki yağ və pH tarazlığını nəzarət edər və dərinizin qabıq verməməsinə təsir edər. A , E , C , B2 , B6 və P vitaminləri, hüceyrələri təmir edər və daha yumşaq bir dəriyə qovuşmanızı təmin edər.
Digər bir vəsait - bal
Bal sızanaqlara qarşı təbii bir müalicə üsuludur. Dərini nəmləndirir. Dəridəki qızartıları götürür və hüceyrələrin təzlənməsinə kömək edir. Eyni zamanda yaşlanmağı gecikdirici təsiri vardır və dərini təbii gösdərir.
Son olaraq da, soyumuş yaşıl çay və şəkər tozu lazım olacaq. Bal kimi, yaşıl çay da yaşlanmanı gecikdirir.
Maskanın hazırlanması:
Kasaya 1x.qaşığı alma sirkəsi tökün. İçinə 2x.qaşığı da yaşıl çay əlavə edin. Əgər çox həssas dəriniz varsa, yaşıl çayı 3x.qaşığı edin. Maskanı qarışdırın, sonra 5x.qaşığı toz şəkəri əlavə edib, qarışdırın. İçinə 1x.qaşığı balı da əlavə edin. Yaxşıca qarışdırdıqdan sonra, içinə 2x.qaşığı yenə toz şəkər əlavə edin. Artıq maskanız olduqca qatı bir hala gəlmiş olmalı. Qarışığı şüşə bir qaba qoyun. Bu hazırladığınız maskanı 3-4 dəfə, yəni 2 həftə ərzində istifadə edə bilərsiniz. Bankanı soyuducunda saxlayın.
Maskanı tətbiq etmək üçün, dərinizin təmiz olması lazımdır. Makiyaj pambığı ilə, maskanın bir miqdarını götürün. Üzünüzün hər yerinə sürtün. Barmaqlarınızla, yumru hərəkətlərlə, üzünüzə massaj etməyə başlayın. Bu massaj dərinizdəki ölü hüceyrə təbəqəsini soymaq üçün. Dərinizin həssaslığına görə 2-5 dəqiqə arası masaja davam edin. 5 dəqiqədən çox etməyin. Maskanı üzünüzdə 10 dəqiqə saxlayın. Sonra ilıq su ilə yuyun.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!