Xanımlar, üzünüzə bu cür qulluq edin - məsləhət

Xanımlar, üzünüzə bu cür qulluq edin - məsləhət
Saç və Dəri baxımı
10.09.2017 11
Həzm sistemimiz yediyimiz bəzi kimyəvi maddələrlə pozulur. Bu kimyəvi maddələrdən bəziləri dərimiz yoluyla limfa, həzm sistemi və hüceyrələrə gedir.

Bir çox dəri baxımı məhsulları kimyəvi və digər zərərli maddələrdən hazırlanmış qatqı maddələr ehtiva edər. Ən sağlam olanlara belə istifadə müddətini uzatmaq üçün qatqı maddəsi əlavə edilir. Bunlar dərimizdəki həm zərərli, həm də faydalı bakteriyaları öldürür, dərimizi pozur.  Dəridəki məsamələri tıxayır, toksinlərin təmizlənməsini əngəlləyir.



Dərimizin sağlamlığı yediklərimizlə birbaşa əlaqəlidir. Bunun üçün həm daxili, həm də xarici təmizlik üçün qidalar ən yaxşı toniklərdir.

Üz üçün istifadə edilən sabunların çoxu dərini qurudur və ideal asidik PH səviyyəsinə zərər verir. Spirtli tərkibi dərinin təbii yağ nizamını pozaraq virus və bakteriyalara qarşı təbii qorunmanı təhlükəyə atır. Sabun əvəzinə bir tülün, ya da ipək corabın içinə yulaf qoyaraq üzünüzü bununla yuyun. Quru dərilərə nəmləndirici təsir də edir.



Limon möhtəşəm sabun əvəzləyicisidir və artıq yağları təmizləyir. Limon suyunu azca suyla qarışdırıb dərinizə pambıqla sürtün, sonra durulayın.

Yaşıl yarpaqlı tərəvəzlərin suyu son dərəcə bəsləyicidir. İstədiyiniz yaşıl yarpaqlı tərəvəz suyunu lifi ilə birgə üzünüzə sürtün, sonra durulayın. Suyun qalanını da için.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!