Saçı tez ağaranlar bu qidaları yesin

Saçı tez ağaranlar bu qidaları yesin
Saç və Dəri baxımı
10.09.2017 47
Həm qadınlarda, həm kişilərdə erkən yaşlarda saçların ağarması mənəvi olaraq "çökdürən” bir problemdir. Saçların zamansız ağarmasının səbəbləri fərqlidir:



Yetərsiz qidalanma

Stress

Vitamin çatışmazlığı

Saçı çox isti suyla yumaq

Saç boyası istifadə etmək

Saça rəng verən hüceyrələrin ölməsi

Yaşlanma

Çox kimyəvi məhsul istifadə etmək

Dərman istifadə etmək



Qidalanma çatışmazlığı ilə əlaqəli olan saçların ağarmasının altında B qrup vitaminləri, dəmir, mis, yodun yetərsiz qəbulu dayanır.



Saçı erkən ağarmağa başlayan adamlar A, E,C vitaminləri qəbul etməli, turş qidalar yeməlidir.



Qaraciyər üçün faydalı olan balıq yağı, yaşıl yarpaqlı tərəvəzlər və kök kimi beta karotenlə zəngin qidalar qəbul edilməlidir.



Proteinlərə önəm verilməli, qırmızı ət, qatıq, kələm, tum, pomidora qida rasionunda xüsusi yer verilməlidir.



Erkən ağaran saçlara faydalı olan meyvə bektaşi üzümüdür. Üzümü qurutduqdan sonra hind qozu yağı ilə qovurun. Daha sonra 1 gecə suda saxlayın. Saçın son durulama suyu olaraq istifadə edin və masajla saça yeridin.



Təzə bektaşı üzüm suyu sıxılır. 1 xörək qaşığı üzüm suyu, 1 çay qaşığı badam yağı və bir neçə damcı limon suyu əlavə edilir. Bununla saçlar müntəzəm olaraq masaj edilir.



Xoruzpipiyi çiçəyinin bənövşəyi qismləri toplanıb əzilir və saçlara masaj edilir.



Balqabağı dilimləyərək qurudun, hind qozu yağı ilə qovurun. Püre halına gətirib saçlarınıza masaj edin.



Bol-bol kərə yağı yeyin.



Badam yağı ilə saçları və saç dərisini masaj edin.



Dəfnə yarpağı süd kremi ilə qarışdırılaraq saça tətbiq edilir. 15-20 dəqiqə saçda saxlandıqdan sonra yuyulur və ilıq suyla durulanır.



Səhərlər qatıq, bal, tum yemək saçların tünd çıxmasına kömək edir.



Saçları yuduqdan sonra son durulama suyu olaraq dəmlənmiş çaydan istifadə edin.



Stressdən uzaq durun və kimyəvi tərkibli saç məhsulları istifadə etməyin.



İlanbalığı yağını da saçlarınıza sürtə bilərsiz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!