Burun üzərindəki qara nöqtələr üçün maska

Burun üzərindəki qara nöqtələr üçün maska
Saç və Dəri baxımı
10.09.2017 28
Bütün xanımları narahat edən, burunun üzərindəki qara nöqtələr üçün maska reseptini təqdim edir.

Məqsəd - burun üzərindəki qara nöqtələrdən xilas olmaq .

Ehtiyacımız olan vəsaitlər - toz jelatin və bir az süd.

Süd olmazsa, su da olar. Əgər yalnız burnunuza edəcəksinizsə, 1ç.qaşığı toz jelatin, amma alnınıza və ya başqa yerlərə etmək istəsəniz, 1x. qaşığı toz jelatin istifadə edin. Nə qədər jelatin qoysanız, o qədər də süd əlavə edin. Sonra çay qaşığı ilə qarışdırın.

Sonra mikrodalğalı sobada 10 saniyəyə qədər isidin. (mikrodalğalı sobası olmayanlar, bu qarışığı buxar vannası ilə əridə bilər. Və ya qaynar südlə də edə bilərsiniz.)

Bir az isinincə, qarışığı mümkünsə bir fırça köməyiylə burnunuza sürtün. Əlinizlə də sürtə bilərsiniz təbii ki, amma nə qədər incə sürtülsə, bir o qədər yaxşı nəticə verir. Qalın sürtsəniz, yumşaq plastik kimi olur və dəriyə yapışmır. 5 dəqiqədən sonra, əlinizlə quruyub-qurumadığını yoxlayın. Bir ucundan yüngülcə qaldıraraq, yavaş-yavaş soyun. Burnunuzdakı qara nöqtələr, jelatinə yapışıb soyulacaq.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!