Bədənimizdəki səpkilər haqqında

Bədənimizdəki səpkilər haqqında
Saç və Dəri baxımı
10.09.2017 29
Bu sızanaqların əmələ gəlməsinin əsas səbəbi səhv qidalanma və stressdir, nəticədə piy vəziləri aktiv işləyərək piy ifraz edir və sızanaqlar yaranır. Bu nahiyələrdəki sızanaqlarla necə mübarizə aparmalı? İlk növbədə, geyimə fikir verilməlidir - o az əhəmiyyət daşımır. Dar, narahat və sintetik paltarlardan yan gəzin. İdmanla məşğul olandan sonra mütləq duş qəbul edib paltarınızı dəyişməyi unutmayın. Uzun saçlar - sızanağın yaranmasının daha bir səbəbidir. Belə ki, saçlar toz və çirki dəriyə hopdurur. Bu nahiyələrdəki sızanaqlar asan sağalır, amma profilaktika etmək daha asandır. Tərləyən kimi çimin. Tərkibində salisil turşusu olan duş üçün gellərdən istifadə edin. Beləsi sızanağın əmələ gəlməsini önləyir. Bundan başqa, tərkibində spirt olan maska və xüsusi vasitələrdən yararlanın. Kosmetika seçərkən qabın üstünü diqqətlə oxuyun. Onların tərkibində çay ağacının cövhəri, peroksid benzolin olmalıdır. Sızanaqlarla mübarizə aparmaq olar, amma asan yol profilaktik tədbirlər görməkdir.

 

Sızanaqlarla mübarizədə daxildən hücum

Sızanaqlara qarşı mübarizəni ilk növbədə daxildən başlamaq lazımdır. Şirin, yağlı və duzlu qidalardan imtina etmək mütləqdir. Sellülozlu məhsullar - yarmalar, tərəvəzlər, meyvələr, xüsusilə portağal yeyilməlidir. Çoxlu maye qəbul edilməlidir, gündə 10 stəkandan az olmayaraq. Maye mineral su, bitki çaylarından ibarət olmalıdır. Qazlı şirələr, həmçinin qəhvə içmək qadağandır. Sızanağın düşmənləri sırasında A, B6 vitaminləri və sink, xromun mikroelementləri də var.



Maye qəbul etmək. Ancaq su

Amerikalıların kök olmasının səbəbini öyrənmək üçün aparılan son araşdırmaya görə, buna səbəb fanta, kola və bu kimi digər qazlı içkilərdir. Onların tərkibində çoxlu karbohidrat var ki, 100% piyə keçir, sonradan ondan yaxa qurtarmaq çox çətin olur. Belə içkilərdə dəri üçün faydalı heç nə yoxdur. Gün ərzində içilən təmiz içməli su dərini elastik və rəngini təravətli edəcək.



Faydalı şəkildə qidalanmaq

Hər şeyi yemək olar, sadəcə, orqanizmə faydalı şəkildə: qızardılmış, acılı, hisə verilmiş ərzaqlar olmaz. Hər səhər yarma yeyilməlidir. Kəsmik çox faydalıdır, əgər xoşlamırsınızsa, dərman kimi hər səhər 1 çay qaşığı yeyin. Gündə 5 dəfə az porsiyalarla qidalanın. Bu rejimlə çəkinizin artmasından qorxmayın.



Duş geli ilə yuyunmaq

Səhər və axşam. Hətta gücünüz və halınız olmayanda belə yuyunun ki, kosmetika və çirk dərinizə ziyan vurmasın. Sabunu bir kənara tullayın. Sabundan sonra dərinin müdafiə qatı bir sutka ərzində bərpa olunur, geldən sonra isə bir saat ərzində. Müdafiə qatı olmayanda isə dəriyə çirk və bakteriyalar hopur ki, nəticədə sızanaq əmələ gəlir.



Sızanağı sıxmaq olmaz!

Sızanağı barmaqlarımızla sıxmaqla dərimizi zədələmiş oluruq, ələlxüsus da bunu çirkli əllər və lazımi vasitələr olmadan ediriksə. Ona görə də ilk növbədə əllərinizi yuyun. Sonra bu proseduru aparacaq təmiz yer tapın, orada mütləq güzgü və spirt, losyon olmalıdır. Sızanağı əvvəlcə spirtlə silib sonradan barmağınızla çirkə basıb çıxarırsınız. Sonda sızanağın yerini spirt, losyon və ya yodla təmizləyin.



Sızanağın 2 forması olur: yüngül (sızanaqlar ancaq üzdə və az sayda olur) və ağır (təkcə üzdə deyil, boğaz, döş və kürək nahiyəsində və çox sayda olur). İkinci formada sızanaqlar çox zaman qırmızı, iri və şişkin olur. Bu halda həkim-dermatoloqa müraciət etmək məsləhətdir. Sızanaqla mübarizədən öncə dəri tipini müəyyənləşdirmək lazımdır. Əgər dəriniz qurudursa, yuyunmaq üçün krem-geldən, spirtsiz tonikdən və gündə iki dəfə nəmləndirici kremdən, yağlıdırsa, yağsız gel və losyondan, normaldırsa, azyağlı gel, nəmləndirici tonik və gündə iki dəfə krem-geldən istifadə edin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!